Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. (fevral 2023) |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Cahangir Hüseynov (10 aprel 1953, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı (2000–2005).
Cahangir Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 aprel 1953 (71 yaş) |
Doğum yeri | |
Təhsili |
|
cahangir-huseynov.com |
Hüseynov Cahangir Hüseyn oğlu 1953-cü il aprel ayının 10 da Bakı şəhərində hüquqşünas ailəsində anadan olmuşdur. 1971-ci ildə orta məktəbi tərifnamə ilə bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və VVAQ idarəsində kargüzarlıqdan başlamış sonra isə Bakı şəhər 8-ci Notariat kontorunda hüquq məsləhətçisi işləmişdir. Bakı Dövlət Unversitetinin hüquq fakültəsinə daxil olmuş, buranı 1978-ci ildə əla qiymətlərlə bitirib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə işləməyə göndərilmişdir.
1978–1983-cü illərdə Bakı şəhər 26 Bakı komissarı adına rayon (indiki Səbail) Daxili İşlər şöbəsinə müstəntiq, 1983–1985-ci illərdə Bakı şəhər Əzizbəyov (indiki Xəzər) rayonunda istintaq şöbəsinin rəisi vəzifəsində işləmişdir. İşdə göstərdiyi nailiyyətlərə görə mükafatlandırılmış və Moskva şəhərində SSRİ Daxili İşlər Nazirliyinin Ali Akademiyasının 1-ci fakültəsinə göndərilmişdir. 1987-ci ildə Hüquq Mühafizə orqanlarında rəhbər kadrların hazırlanması fakültəsini fəqrlənmə diplomu ilə bitirmişdir. O, respublikada bu ixtisasda olan yeganə mütəxəsisdir. İşlədiyi dövrdə Sankt-Peterburqda SSRİ Baş Prakrorluğunun Prakrorluq və istintaq işçilərinin təkmilləşdirmə instutunu SSRİ Daxili İşlər Nazirliyinin Moskva şəhərində iki akademik ali kurslarını bitirmişdir. O, SSRİ Daxili İçlər Nazirliyinin fəxri fərmanı vı akademiyanın fəxri medalı ilə təltif olunmuşdur.
Cahangir Hüseynov 1985-ci ildə qiyabi olaraq Bakı Dövlət Unversitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində aspiranturasına daxil olmuşdur. Moskva Polis Akademiyasında oxuduğu müddətdə Patris Lumumba adına Beynəlxalq Əlaqələr Unversitetində aspiranturanı davam etdirmişdir. "Azərbaycan Respublikası beynəlxalq hüququn subyektidir" mövzusunda dissertasiya müdadfiə edib, alimlik dərəcəsi almışdır. Həmçinin Moskvada Kino, Təsviri incəsənət, Musiqi sahəsində Mədəniyyət Unversitetini bitirmişdir.
Moskvada oxuyarkən Beynəlxalq Hüquqşunaslar Asssosiasiyasının üzvü seçilmişdir. Akademiyanı bitirdikdən sonra 1987 1992-ci illərdə Ağdaş rayonunda Daxili İşlər şöbəsinin rəisi işləmişdir.
Hüseynov Cahangir 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçıları tərəfindən aparılan müharibənin ilk günündən 1994-cü ildə atəşkəs elan olunana qədər bütün cəbhə bölgələrində: Xanlar (indiki Göygöl) rayonunun Çaykənd, Gədəbəy rayonunun ərazisində yerləşən Başkənd, habelə Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüş əməliyyatlarında fəal iştirak etmişdir. "Qarabağ muharibə veteranı" fəxri adına layiq görülmüşdür.
Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə Biləsuvar rayon polis şöbəsinin rəisi vəzifəsinə dəyişdirilmişdir. DİN-in 12 noyabr 1992-ci il kolleqiyasının iclasında Cahangir Hüseynov AXC hakimiyyətini Respublikanı idarə edə bilməməsində kəskin şəkildə çıxış edərək günahlandırmış və rəis postundan raport yazaraq istefa vermişdir. O, daha sonra polis akademiyasında baş müəllim işləməklə davam etmişdir.
Heydər Əliyevin şəxsi tapşırığı ilə Abşeron Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş.1993-cü ilin sentyabr ayında ölkə rəhbərliyinin tapşırığı ilə cəphəbölgəsi olan Cəbrayıl rayonuna ezam olunmuş, rayonun müdafiəsinə fəal kömək etmişdir.
17 iyul 1994-cü ildə onun həyatına sui-qəsd təşkil olunmuş və həmin vaxt az yaşlı oğlu və yaxın qohumları qətlə yetirilmişdir. 10 ay xarici ölkələrdə müalicə olunmuş, yenidən işinə başladıqdan sonra şəxsən cinayətkarların izinə düşüb bağlı olan cinayətlərin açılmasına və bu cinayətin iştirakçılarının tutulmasına nail olmuşdur. Həmin şəxslərdən 4 nəfəri Ali Məhkəmənin hökmü ilə ölüm cəzasına məhkum edilmişdir. Cinayəti törədən şəxslər həmin dövrdə qanuni hakimiyyəti devirmək istəyən "Qardaşlıq" cəmiyyətinin üzvləri olmuşdur.
1996–1997-ci illərdə Bakı şəhəri Binəqədi rayonunda istintaq şöbəsinin rəisi, 1997–2000-ci illərdə Sabirabad rayon polis şöbəsinin rəisi işləmişdir.
1991-ci ilin mart ayında 139 saylı seçki dairəsindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilmişdir.
1990-cı ildə Heydər Əliyev Moskvadan Bakıya gələndə qarşılayanlardan biri də Cahangir Hüseynov olub. Həmin vaxt Heydər Əliyevə sui-qəsd olmuşdur və Cahangir Hüseynov polis rəisi olaraq onu müdafiə etmişdir. Cahangir Hüseynov Ali Sovetdə 3 mart 1992-ci il tarixli fövqəladə sessiyada Heydər Əliyevin hakimiyyətə gətirilməsini təkidlə tələb etmiş, 1993-cü il 14 may tarixli fövqəladə sessiyada isə Heydər Əliyevin namizədliyini Ali Sovetin sədri vəzifəsinə təklif etmişdir.
Polis rəisliyindən istefa verdikdəb sonra siyasi fəaliyyətini genişləndirərək YAP-ın yaradıcılarından biri olmuşdur. 2000-ci ildə 83 saylı Saatlı Sabirabad seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilmişdir. Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədr müavini və Hesablama komissiyasının üzvü olmuşdur.
İşlədiyi müddətdə dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin fəxri fərmanları, medalları və döş nişanları ilə təltif edilmişdir.