Cahannamə

Cahannaməaşıq ədəbiyyatında diqqəti cəlb edən şeir biçimlərindən biri də cahannamədir. Ustad sənətkarlar zəngin şeir çeşidlərində cahannamə vasitəsilə dünya haqqında təsəvvürlərini, bilgilərini, böyük şəxsiyyətlər, hökmdarlar, şairlər, loğmanlar, müdriklər və s. haqqında olanları şeirə gətirməklə bir növ çağdaşlarına və gələcək nəsillərə öyüd-nəsihət verir və dünya işləri ilə onları tanış edir.

Cahannamənin mahiyyətində tarixilik, tarixi hadisələrin, şəxsiyyətlərin diqqətə çatdırılması əsas olur. Adətən, aşıqlar sonu xoşbəxtliklə bitməyən məhəbbət dastanlarında sonda “duvaqqapma müxəmməs” əvəzinə ustadların məşhur cahannamələrdən birini söyləməklə məclisi tamamlayırlar.[1]

  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.