Məlikə ayıca (lat. Collimorpha dominula) — pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid kəpənək növü.[1]
Məlikə ayıca | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: Yarımdəstə: Klad: Klad: Klad: İnfradəstə: Klad: Klad: Klad: Klad: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Məlikə ayıca |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qanadları açılmış halda 50-54 mm-dir. Ön qanadları yaşılımtıl-qaradır, bəzən göy rəngə çalır. Üzərində 3 ədəd iri sarımtıl-ağ rəngli ləkə, 3 ədəd kiçik sarı rəngli ləkə vardır. Arxa qanadlar qırmızı rəngdədir, ön və arxa kənarlarında, o cümlədən, zirvəsində iri qara ləkələr var. Döşündə iki sarımtıl zolaq, qarıncığ arxa qanadlar kimi qırmızıdır, hər buğum üzərində üçkünc qara ləkələr birləşərək zolaq əmələ gətirmiş və qarıncığın sonuna qədər uzanmışdır. [2]
Rusiya və Avropanın cənubu və şimalında, Qafqazda və Kiçik Asiyada rast gəlinir. Azərbaycanda isə Şəki-Zaqatala, Quba-Xaçmaz, Gəncə-Daşkəsən zonaları və Naxçıvan MR-da yayılmışdır.
Böyük və Kiçik Qafqazın dağətəyi və dağlıq meşələri, kolluqlar. Həyat tərzi ətraflı öyrənilməyib. Tırtılı qışlayır. Qışlamadan sonra may ayına qədər və payızda cincar, gicitkən, çiyələk, moruq, böyürtkən, yaddaşçiçəyi, həmçinin söyüd və qovaq üzərində yaşayır. Kəpənəyi iyun, iyul və avqustda uçur.[3]
Azsaylıdır. Quba-Xaçmaz zonasından 5 kəpənəyi tutulmuşdur.
Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması.
Yaşayış yerlərində yasaqlıq təşkil etmək, biologiyasını ətraflı öyrənmək, süni surətdə artıraraq təbiətə buraxmaq lazımdır.