Kallistemon (lat. Callistemon) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinə aid bitki cinsi.
Kallistemon | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Kallistemon |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda qərbi, cənubi və şərqi Avstraliyada yayılmışdır.
Hündürlüyü 6-13m olan, zoğları buğumlu kol və ya kolvari ağacdır. Yarpaqları neştərvari və ya xətvari-neştərvari, ucu küt və ya biz, boz-yaşıl rəngli, uzunluğu 10 sm-dək, eni təxminən 0,6 sm-ə çatan, orta və ya yan damarcıqlı olub, qalın kənarlıdır. Çiçək sünbülləri sıx, iri, möhkəm, silindrik, uzunluğu 5-12 sm, eni isə 3-6 sm-dir. Erkəkcik sapları qırmızı rəngli, ucunda uzunluğu 2-3 sm olan parlaq, sarı tozluqludur. Meyvəsi ağacvari, çoxtoxumlu qutucuq, şarvari və ya yumurtavaridir.
Rütubətli, qumlu torpaqlarda, çayların kənarlarında, bəzən günəşli, daşlı-qayalı ərazilərdə bitir.
Abşeron və Lənkəranda mədəni şəraitdə park və bağlarda rast gəlinir.
Dekorativ bitkidir, tək və qrup əkinlərində istifadəsi məqsədəuyğundur. Almanlar bu çiçəkləri daşların təmizlənməsində istifadə olunan “fırçaya” bənzədirlər. İngilislər lampa şüşəsinə, siqaret çəkənlər isə müştüklərin təmizlənməsi üçün istifadə olunan təmizləyiciyə oxşadırlar.