Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Camal (Camali) İslam oğlu Məmmədxanov (25 dekabr 1938, Bakı) — azərbaycanlı alim; fizika-riyaziyyat elmləri doktoru, professor[1].
Camal (Camali) Məmmədxanov | |
---|---|
Camal İslam oğlu Məmmədxanov | |
Doğum tarixi | 25 dekabr 1938 (86 yaş) |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi | |
Elmi adı | |
Təhsili |
Camal (Camali) İslam oğlu Məmmədxanov 25 dekabr 1938-ci ildə anadan olmuşdur, 1946-cı ildə Bakının Mərdəkan qəsəbəsində orta məktəbə getmiş, 1956-cı ildə Bakı şəhər 46 saylı orta məktəbi başa vurmuşdur.
Atası İslam Kərim oğlu Məmmədxanov 1904-cü ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olmuş, Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə əlili olmuşdur. İslam Məmmədxanov 1932-ci ildə Azərbaycan Tibb Institutunu bitirmiş və respublikanın bir çox rayonlarında cərrah kimi fəaliyyət göstərmiş, 1977-ci ildə dünyasını dəyişmişdir.
Camal Məmmədxanov 1954–1956-cı illərdə həmin məktəbin Komsomol Komitəsinin katibi olmuşdur. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1961-ci ildə həmin fakültənin fizika-mexanika şöbəsini bitirmişdir. Universitetdə təhsil aldığı dövrlərdə idmanla məşğul olmuş və gənclər arasında üzgüçülük üzrə respublika çempionu olmuşdur. 1961-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında mexanika-riyaziyyat ixtisası üzrə fəaliyyətə başlamışdır.
1964-cü ildə Leninqrad şəhərində dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. Camal Məmmədxanov elmi araşdırmalarını davam etdirərək 1984-cü ilin mart ayında müvəffəqiyyətlə müdafiə edərək elmlər doktorlu adını qazanmışdır.
1976-cı ildən bu günə qədər Bakı Dövlət Universitetində çalışan Camal Məmmədxanov universitetin professorudur. Fəaliyyət göstərdiyi illər ərzində 12 elmlər namizədi, 1 elmlər doktoru yetişdirmişdir.
100-dən çox məqaləsi dərc edilmiş və dünyanın aparıcı dövlətlərinin təhsil ocaqlarında (ABŞ, Almaniya, Yaponiya, İngiltərə, Rusiya və s.) tərcümə edilərək çap olunmuşdur. Rusiya, Bolqarıstan, Çexiya, Macarıstan və Türkiyədə keçirilən simpoziumlarda çıxış etmişdir.
Oğlu Anar Məmmədxanov Parni iz Baku KVN teatrının qurucu üzvü və daha sonra millət vəkili idi[2], qızı Naidə Məmmədxanova isə filologiya elmləri doktorudur.