Naidə Camal qızı Məmmədxanova (1 may 1968, Bakı) — filologiya elmləri doktoru, professor, Dünya ədəbiyyatı kafedrasının müdiri.[1] Professor Camal Məmmədxanovun və professor Səidə İbrahimovanın qızı, akademik İbrahim İbrahimovun nəvəsi və ŞHK-nun kapitanı, millət vəkili Anar Məmmədxanovun bacısıdır.
Naidə Məmmədxanova | |
---|---|
Naidə Camal qızı Məmmədxanova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Camal Məmmədxanov |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | Bakı Dövlət Universitetinin Filologiya fakültəsi |
Naidə Məmmədxanova Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur. 1991-ci ildə «Azərbaycan-rus ədəbi əlaqələri» adlı namizədlik, 2003-cü ildə isə «XX əsrin 70-90-cı illərdə fransız romanı. Həyatın və qəhrəmanın yeni konsepsiya axtarışı» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.[2]
Məmmədxanova Naidə Avropa ədəbiyyatı üzrə mütəxəssisdir. “Dünya ədəbiyyatı tarixi”, “Müqayisəli ədəbiyyatşünaslıq (rus-xarici ədəbi əlaqələr)” fənlərini tədris edir. Ədəbiyyat problemlərinə həsr olunmuş 100-dən artıq elmi əsərlərin, o cümlədən “Романтизм в зарубежной литературе ХIХ века” və “Турецкая проза 20-40-х годов ХХ века” adlı metodik vəsaitlərin, dörd monoqrafik araşdırmanın: “Французский роман 70-90 годов ХХ века. Поиски новой концепции жизни и героя”, “Восприятие искусства и искусство восприятия (русско-азербайджанские литературные связи рубежа веков)”, “Müasir fransız ekzistensialist romanı” (fransız dilində), “Fransız postmodernizmin xüsusiyyətləri” (ingilis dilində), həmçinin bir dərsliyin “Зарубежная проза II половины ХХ века” və dərs vəsaitin “Взаимосвязь реализма Л.Н.Толстого и Д.Голсуорси” müəllifidir.
Məqalələri həm respublikada, həm də bir sıra xarici ölkələrdə, məs. Fransada, Rumıniyada, Bolqarıstanda, Moskvada, Samarada, Tiflisdə, Daşkənddə, Türkiyədə və digər ölkələrdə işıq üzü görüb. Ailəlidir, bir övladı var.