Camalabad karvansarası — Miyanənin Camalabad kəndində yerləşir. Elxanilər dövrünə aid abidənin yerində XVI əsrdə Şah Abbasın hakimiyyəti zamanı tikilib.[5][6]
Camalabad karvansarası | |
---|---|
37°16′18″ şm. e. 47°50′35″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Miyanə Camalabad |
Yerləşir | Miyana şəhristanı[1][2] |
Tikilmə tarixi | XVI əsr |
Üslubu | Səfəvi memarlığı[d][2][3] |
Sahəsi | |
Material | kərpic[2] |
Vəziyyəti | atılmış vəziyyətdədir |
Kateqoriya | karvansara |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Karvansara XVI əsrdə Səfəvilər dövründə Şah Abbasın əmri ilə tikilib. Vaxtilə Böyük ipək yolunun üzərində yerləşən Camalabad kəndinin ərazisində Miyanə şəhərində 35 km aralıda yerləşir.[7] Kənd vaxtilə əsas ticarət yolunun üzərində yerləşdiyinə görə burada insanlar daha çox yaşayırdılar və bu ərazi mərkəz rolunu oynayırdı, lakin ipək yolunun öz əhəmiyyətini itirməsi nəticəsində hazırda bu ərazi də atılıb. Hazırda Camalabad kəndində 5 ailə yaşayır karvansara özü isə baxımsız vəziyyətdədir.[6]
İtaliyalı səyyah Cemelli Karerinin XVII əsrdə Səfəvilər dövlətinə etdiyi səyahətdən sonra yazdığı "Səfərnamə" əsərində karvansara haqqında bunları yazıb:[8]
Yuxarıda qeyd etdiyim körpünün yaxınlığında böyük bir təpənin üzərində bir qala görünür. Yüzbaşının sözlərinə görə, bu bənzərsiz qalanın banisi bir vaxt qala şəhərin və bu regionun sahibi olmuş bir qadındır. 11 saat ərzində dayanmadan tikandan başqa bir şeyin olmadığı ucsuz-bucaqsız səhrada 33 mil yol qət etdik və günortaya az qalmış bir təpənin üzərində yerləşən Sən Malava-yəqin ki, Camalabad karvansarasına çatdıq. Karvansaranın 7 gözəl bürcü öz gözəlliyi ilə onu uzaqdan möhkəm bir qalaya bənzədirdi. Təpənin ətrafında çoxlu kəklik vardı. Onların rəngi Avropa kəkliklərinin rəngindən bir az fərqlənirdi. |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |