Camellia sasanqua


Evgenol kameliyası (lat. Camellia sasanqua)

Evgenol kameliyası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Şərqi və Cənubi-Şərqi Asiyanın tropik və subtropiklərində bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 250-300 sm, şaxələnmiş budaqlı həmişəyaşıl kol və ya kiçik ağacdır. Cavan zoğları tükcüklü, qonur-yaşıl və ya qonurdur. Yarpaqları dərili, parlaq, növbəli, qısa saplaqlı, dişli, tünd yaşıl, mərkəzi damarcıqda tükcülüdür. Çiçəkləri iri, oturaq, zoğların uclarında və ya qoltuqda yerləşir. Kasacığı tökülən, beş, açıq yaşıl, qısa tükcüklü kasayarpaqlardan ibarət, çiçək tacı beş, bəzən altı ləçəkli, ləçəkləri yumru-uzunsov, kənarları bütöv və ya zəif oyuqlu, ağdır. Erkəkcikləri çoxsaylıdır. Toxumları müxtəlif formalı, iti künclü, tünd qonur və ya təxminən qaradır. Sentyabr-dekabrda çiçəkləyir, meyvələri gələn ilin oktyabr-noyabrında yetişir.

Dağ yamaclarında, göllərin sahillərində, kolluqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Park və bağlarda mədəni şəraitdə becərilir.

Bir çox ölkələrdə toxumlarından texniki və qida yağının alınması məqsədi ilə və dekorativ bitki kimi becərilir. Yarpaqlarda 1% efir yağı toplanır, əsas komponenti evqenoldur (95%-dək). Ədviyyat kimi istifadə edilir.

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.