Campyero Boniperti

Campyero Boniperti (it. Giampiero Boniperti [dʒamˈpjɛːro boniˈpɛrti]; 4 iyul 1928[1]17 iyun 2021[2], Turin[4]) — İtaliyalı idmansiyasi xadim. Keçmiş futbolçu. Mövqeyi hücumçu olub. "Yuventus" və İtaliya milli komandasının oyunçusu olub.

Campyero Boniperti
it. Giampiero Boniperti
Ümumi məlumatlar
Ləqəbi Marisa[3]
Doğum tarixi 4 iyul 1928(1928-07-04)[1]
Vəfat tarixi 17 iyun 2021(2021-06-17)[2] (93 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 175 sm
Çəkisi 76 kq
Mövqeyi cinah yarımmüdafiəçisi[d]
Karyerası
Təltif və medalları

Grand Officer of the Order of Merit of the Italian Republic

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Futbol karyerasına 1946-cı ildə başlayıb. Karyerası ərzində ancaq bir klubun, Turinin "Yuventus" klubunun şərəfini qoruyub. 1954-cü ildə "Yuventus"un kapitanı olub. Karyerası boyunca "Yuventus"un heyətində 182 qol vurub. 40 il ərzində "Yuventus"un ən məhsuldar oyunçusu olub. 2006-cı ildən bəri Alessandro Del Pyerodan sonra, "Yuventus"un heyətində ikinci ən çox qol vurmuş oyunçudur.[5]

Karyerasını 1961-ci ildə bitirib. Karyerasını bitirdikdən sonra "Yuventus"da işləyib və 1971-ci ildə "Yuventus"un prezidenti seçilib. 1990-cı ilə kimi bu vəzifədə çalışıb.

1947-ci ildə Milli komandaya dəvət alıb. Debüt oyunu 9 noyabr 1947-ci ildə Avstriya millisinə qarşı olub. 1952-ci ildə Milli komandanın kapitanı olub. Milli komandada 38 oyun keçirib 8 qol vurub. Milli komandada son oyununu 1960-cı ildə keçirib.

Karyerasını bitirdikdən sonra

[redaktə | mənbəni redaktə et]

Klub Prezidenti

[redaktə | mənbəni redaktə et]

1971-ci ildə "Yuventus"un prezidenti seçilib. Bu vəzifədə 1990-cı ilə kimi işləyib. Onun rəhbərliyi altında komanda 9 dəfə A Seriyasının qalibi olaraq 9 skudetto qazanır. İtaliya kubokunda "Yuventus" 4 dəfə qalib olur. Avrokubpklarda isə mümkun olan bütun turnirlərdə klub qalib olur və Avropa Çempionlar kuboku, qitələrarası kubok, kuboklar kuboku, UEFA kuboku və UEFA Superkubokunu qazanır. Hal hazırda "Yuventus"un Fəxri Prezidentidir.

1990-cı ildə "Yuventus"un prezidentlik postunu tərk etdikdən sonra siyasət ilə məşğul olur. 1994–1999 — Forza Italia hərəkatından Avropa Parlamentinin üzvü seçilir.

Pele tərəfindən, hal hazırda həyatda olan 125 futbolçunun daxil olduğu FIFA 100 siyahısına daxil edilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]