Canıbəy xan

Canıbəy xanÖzbək xanın 3-cü oğlu idi. Anası Taydulanın köməyi ilə taxta çıxmışdı. Tacqoyma mərasimi Saraycıq şəhərində baş tutmuşdu.

Canıbəy xan Özbək xan oğlu
Жанибегхаан
1342 – 1357
ƏvvəlkiTinibəy xan
SonrakıBərdibəy xan
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti Xan
Atası Özbək xan
Anası Taydula
Həyat yoldaşı ?
Uşaqları Bərdibəy xan
Qulpa xan
Novruz xan
Ailəsi Borucigin
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1345-ci ildə Feodosiya şəhərini mühasirəyə alan xan ordusunda taun xəstəliyinin yayıldığını gördü və bundan istifadə etmək istədi. Ölmüş əsgərləri katapultla şəhərə tullayan xan Genuyalıların xəstələnməyinə səbəb oldu. Genuyalılar gəmilərə minərək İtaliyaya üzdülər və beləliklə Qara ölüm epidemiyası Avropanı ələ keçirməyə başladı. Həmin vaxt Azərbaycanda Məlik Əşrəf Sulduzun zülmündən cana doymuş sənətkarlar, kiçik feodal və ruhanilər Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Məhiyyəddin Bərdən idi. O, Şirvanşah Kavusla razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Canıbəylə görüşdü və Azərbaycandakı vəziyyəti ona bildirdi. 1357-ci ildə xan 100 minlik hərbi qüvvə ilə Təbrizə yaxınlaşdı və Məlik Əşrəfin 17-18 minlik hərbi qüvvəsini pərən-pərən saldı. Həmin il Elxanilərin son hökmdarı olan Ənuşirvan xanı da öldürərək iki xanlığı birləşdirdi. Xan gözlənilmədən 1357-ci ildə sui-qəsdə uğradı.