Börçigin, türk-monqol soyu.(Monqolca: Боржигин, Borçigin; çinçə 博爾濟吉特, pinyin: Bó'ěrjìjítè), Çingiz xanın imperial sülaləsinin və onun varislərinin son sülalə adıdır. Börçigin sülaləsinin üzvləri XX əsrə qədər Monqolustanın hakimləri idilər. Sülalənin adı bundan başqa "Altan Uruq" (monqolca: Алтан ураг) yəni "qızıl soy" və Munkak olaraq da bilinir. Əsasən Bodonçarın sülaləsi üçün istifadə olunan Börçigin adı Monqol imperiyası qurulduqdan sonra Kiyat boyundan yalnız Çingiz xan, Cuci Kasar, Kaçiun və Temüge Ocçigin olmaqla 4 qardaşın soyundan gələnlərə Börüçigin deyilməyə başlandı.
Börçigin | |
---|---|
Titul | Xan |
Əcdadı | Börte Çina |
Mənşəyi | Monqolustan |
Vikianbarda əlaqəli mediafayllar |
Sülalə üzvləri uzun bi dövr Asiya Şərqi Avropanın bir çox xalqları arasında hakim sülalə olmuşdur. Bu gün bu sülalənin üzvləri hələ də Daxili Monqolustanda,Monqolustanda, Sintszyanda qalmaqdadır. Monqolustanda soyad qəbulu prosesi keçirilən zaman bir çox nəsil Börçigin soyadını qəbul edərək özünün Çingiz soyundan gəldiyini iddia etməyə başladı.[1] Ümumiyyətlə genetik araşdırmalar sübut edir ki, Çingizin soyu bütün Asiya və Şərqi Avropa boyunca yayılmışdır.[1]
Sülalənin başlanğıcı Boz Qurdla (Börteçin) Ağ Maraldan (Qua Maral) gəlir.[2] "Monqolların gizli tarixi"nə görə, Dobu Mergenin dul arvadı Alan Qua nur vasitəsilə uşağa qalmışdır (orta əsrlərdə bir çox sülalə özünə belə bir sülalə tarixi yazaraq, öz mənşəyini Göylərə bağlamışdır). Bu izdivacdan dünyaya gələn Bodonçor Munxaq sülalənin əsasını qoymuş, onun qardaşları və oğlanları bütün monqol boylarına yayılmışdır.[3] Fəzlullah Rəşidəddinə görə bir çox monqol boylarının əsasını Börçigin sülaləsinin üzvləri qoymuşdur: Barlas, Urud, Manxud, Tayçiut, Çonos, Kiyat və s.[4] İlk monqol xanı Kaydu xan Bodonçor xanın kötüycəsidir. Kaydu xanın nəvələri Kabul xan və Ambaqay xandır (Tayçiut boyunun əsasını qoyan şəxs). Kabul xanın övladları Yesugey xan və Xotula xandır. Temuçin (Çingiz xan) isə onun nəvəsidir, atası Yesugey xandır. Yesugey xan ilk monqol tayfalarının konfederasiyası olan Xamaq Monqolun başçısı və yaradıcısı olmuşdur. 1206-cı ildə Monqol dövlətinin qurulması ilə Çingiz xanın bütün əmiləri və əmi oğlanları öldü, beləliklə də Börçigin soyunun davamçıları olaraq yalnız Yesugey xanın nəvələri qaldılar.
Çingiz xanın yüksəlişi ilə Kiyat klanı içərisində Börçiginlərin əhəmiyyəti daha da artdı.[5] Bu səbəbdən də Börçiginlərlə qohum olan Barlas, Baarin, Manxud və digər boyların da əhəmiyyəti artmağa başladı. Bu kimi klanlar özlərini Çingizlə qohum hesab etsələr də, heç vaxt tam olaraq Çingizin soyu olaraq qəbul edilməmişdirlər. 1335-ci ildə Elxanilər dövlətinin parçalanmasından sonra ilk dəfə Börçiginlərlə yaxın qohum olan və ya onlardan necə nəsil ardıcıl olaraq qız alan sülalələr dövləti idarə etməyə başladı. Bunlara misaq olaraq Sulduz Çobanilərini, Cəlairiləri, Çağatay xanlığındakı və Hindistandakı Barlas sülalələrini, Qızıl Orda və Mərkəzi Asiyadakı Manxud və Onqirad sülalərini, Qərbi Monqolustandakı Oyratları göstərmək olar.
1368-ci ildə, Toqhun Teymurun dövründə Çingiz xanın nəvəsi Xubilay xanın Çində təsis etdiyi Yuan sülaləsi Çinin Minq sülaləsi tərəfindən devrildi. lakin onlar XVII əsrə qədər Monqolustanı Şimali Yuan sülaləsi adı altında idarə etdilər.
Çingiz xanın qardaşları Hasar və Belqutayın soyundan gələnlər də 1380-ci ildə Minq sülaləsinə təslim oldular. 1470-ci ildə Börçigin sülaləsinin bütün xəttləri artıq xeyli zəifləmişdi. Onların Monqolustandakı hakimiyyətləri də böyük xaos içində idi.
Qızıl Ordanın dağılmasından sonra Çingizilər hələ də öz hakimiyyətlərini Krım və Kazanda saxlamışdılar. Lakin bu yerlərdə ruslar tərəfindən işğal edildi. Xubilayın soyundan gələnlər isə ata yurdu Monqolustanda hakimiyyətdə olan Ögedey xan və Arıq Bökenin soyundan gələnləri devirərək taxtı ələ keçirdi. Sonda isə onlar da çinlilərə təslim oldular.
Dayan xanın (1480–1517) dövründə Börçiginlərin gücü az da olsa bərpa edildi. Onun ətrafında 49 monqol klanı birləşdirildi.
1644-cü ildə Çində hakimiyyətə mancur mənşəli Tsin sülaləsi gəldikdən sonra onlar Börçiginlərə qarşı yaxşı münasibət bəsləməyə başladılar. İlk imperatorlar Xorçinin Hasarid Çingizilərindən evlənirdilər. Hətta Tsin imperiyasında yaşayan monqollar arasında köhnə adətlər yenidən canlandı. Klan rəhbəri Ali Lomi 1732–1735-ci illərdə özünün "Börçigin nəslinin tarixi" əsərini yazmışdır.[6] Tsin dövründə XVIII və XIX əsrlər boyunca Börçigin sülaləsinin üzvləri xüsusi hörmətlə qarşılanırdı və zadəgan zümrəsinin xüsusi tərəfini təşkil edirdi.[7]
Asiyanın bir çpx yerində Çingizin soyundan gələnlər uzun bir dövr hakimiyyətdə qaldılar və beləliklə də Börçiginlərin müxtəlif qolları yaranmağa başladı. Çingizi termininin Börçigindən əsas fərqi bura Çingiz xana ana nəsli ilə bağlı olanların da daxil edilməsidir. Börçigin sülaləsinə isə yalnız Çingiz xana ata nəsliylə aid olanlar daxil edilə bilər. Bunlara misal olaraq Qızıl Ordanı idarə edən Cuciləri, Çini idarə edən Yuan sülaləsini, İranı idarə edən Elxanilər sülaləsini,Şeybaniləri, Həştərxan xanlığını idarə edən Astraxaniləri və s göstərmək olar. Börçiginlər real güclərini itirdikdən sonra belə psixoloji və mənəvi baxımdan əhalinin beyinlərində çox güclü yer tuturdular və bu düşüncə öz varlığını itirənə qədər tatar dövlətçiliyində hakim rol oynamışdır. Məsələn Mamay xan uzundövr hakimiyyətdə olsa da, heç vaxt rəsmi olaraq xan titulunu qəbul etməmişdir çünki o Çingiz xanın soyundan deyildi.
Çingizi sözü Çingiz xanın geniş işğalları nəticəsində yaranmışdır, bunun nəticəsində Yapon dənizindən Qara dənizə qədərki torpaqları özündə birləşdirən böyük bir imperiya yaradılmışdı.
Hindistanda Böyük Moğol İmperiyasının qurucuları olan Babur və Sultan Hümayun da özlərini Çingizi olaraq görürüdülər, lakin ana nəsliylə Çingizin soyundan olduqlarına görə özlərini heç vaxt Börüçigin adlandIrmamışdırlar. Çingizin soyundan gələn sonuncu hökmdar Seyid Alim xan (1944-cü ildə ölmüşdür) 1911–1920-ci illərdə Buxara əmiri olmuşdur və 1920-ci ildə Qızıl Ordu tərəfindən taxtdan salınmışdır.
Çingiz xan 1206-ci ildə Monqol imperiyasını qurdu. onun nəvəsi Xubilay xan kiçik qardaşı Arıq Bökeyi məğlub etdikdən sonra, 1271-ci ildə Çində Yuan sülaləsini qurdu. 1368-ci ildə Toqhon Teymurun hökmdarlığı zamanı Çindən qovulana qədər orada hakimiyyətdə qaldılar. Çindən qovulan Yuan sülaləsi üzvləri Monqolustanda hakimiyyəti ələ aldılar. 1453-cü ildə Oyrat tayfasından Esen Taşi tərəfindən devrilsələr də, 1 ildən sonra yenidən hakimiyyəti ələ aldılar. Dayan xanın dövründə yenidən güclərini bərpa edən Yuan sülaləsi, onun ardıcıllarının dövründə yenidən güclərini itirdilər. Son Yuan hökmdarı Liqden xan 1634-cü ildə öldü.[9] Onun yerinə taxta əyləşən Eyei Xonqor bir il sonra Abaxay xan məğlub olaraq hakimiyyətdən salındı. Lakin Börüçigin sülaləsindən olan bəzi şəxslər Tsin sülaləsinin himayəsi altında bəzi yerlərdə öz muxtar hakimiyyətlərini XX əsrə qədər saxladılar.[10][11]
Börçigin sülaləsinin üzvləri öz dövlətlərini çoxdan itirmələrinə baxmayaraq Tzin imperiyası himayəsində yerli hakimiyyətlərini uzun müddət saxladılar. Kommunizmin bu torpaqlarda bərqərar olmasından sonra arıstokratik təbəqəyə qarşı izlənilən siyasət nəticəsində zaman keçdikcə soy keçmişi unutduruldu.[12]
Stalinin göstərişi ilə "böyük təmizləmə" zamanı 30 min monqol "dinə qarşı kompaniya"larda", "aristokratlara qarşı kampanoya"da öldürüldü.[13] Börçigin sülaləsinə daxil olan demək olar ki hami bu kampaniyalar zamanı öldürüldü. XX əsrdə klan strukturu faktiki olaraq öz əhəmiyyətini itirmişdi, lakin hələ də monqollar tərəfindən xüsusi hörmətlə qarşılanır. 1920-ci illərdə kommunist rəhbərliyi klan aidiyyətinı bildirən soyadların itifadəsini qadağan etdi. 1997-ci ildə bu qadağa aradan qaldırıldıqda bir çox ailə özlərinin keçmişdəki klan və ya sülalə məlumatlarını artıq itirmişdilər. Lakin bir çox ailələr ən məşhur və sevilən sülalə (klan) adı olan Börçigini özlərinə soyad olaraq götürdülər, halbuki buna heç bir tarixi faktları yox idi. Beləliklə də, günümüz Monqolustanında Börüçigin soyadı aidiyyətdan çox mədəni bir hörmət rəmzi kimi qarşılanır.[14][15][16]
Daxili Monqolustanda Börüçigin və ya Kiyat sözləri qəbul edilən Çin soyadları üçün baza olmuşdur.[5] Daxili Monqolustanda ən geniş yayılmış soyad Börçiginin Çin variantı olan Bao (鲍-Börüçigid) və Kiyat sözünün Çin variantı olan Ordos Qi (奇-Qiyat) soyadlarıdır. Genetik araşdırmalar göstərir ki, 16 milyon insan Çingiz xanın soyundan və ya Börçiginin soyundan gəlməkdəduir. Hətta tam sübut olunmamış araşdırmaya görə Həzaralar və Nanaylar (Hezhelər) birbaşa olaraq Börçigin soyundan gələnlərdir, sadəcə zamanla dillərini və soyköklərini unudaraq assimiliyasiya olmuşlar.[17]
Kiyat adına (klan adı, yer və ya soy adı olaraq) hələ də Qazaxıstanda, Özbəkistanda və Qaraqalpak bölgəsində xeyli sayda rast gəlinir.
Xorçin monqollarındandırlar və soyları Çingiz xanın qatdaşı Kasara dayanır.
Tsin sülaləsi hakimiyyətə təzə gəldiyi zaman monqol zadəgan təbəqəsinin dəstəyini qazanmaq üçün Çingiz xanın qardaşı Kasarın soyundan gələn Xorçin monqolları ilə evlənir, onları əsas həyat yoldaşları edərək, imperatriça adını verirdilər. Xorçinlər o dövrdəki ən güclü Börçigin sülalə xətti olduqlarına görə Tsin sülaləsindın olan mancurlar onlarla ittifaqa meyilli idilər. Bu nikah diplomatiyasının nəticəsində Xorçin Börçiginlərindən 2 imperatriça və 3 imperator anası olmuşdu.
Kraliça Xiaoduanven 1636-cı ildə Tsin sülaləsinin banisi Abaxay xanla evlənmiş, Şahzadə Manjusri adlı qızları olmuşdur. 1643-cü ildə Abaxay xanın ölümündən sonra "ana imperatriça" adlanmağa başladı., öz xeyirxahlığı ilə məşhur idi. Bu səbəbdən də "Məhəbbət imperatriçası" ləqəbini qazanmışdı. 1649-cu ildə, Şunshinin hələ 6 yaşı olarkən vəfat etdi.
İmperatriça Xiaozhuanq (Bumbutay) Tsin sülaləsinin anası hesab olunur. O, Abaxay xanın arvadı və İmperatriça Xiaoduanın qardaşı qızı idi. 1688-ci ilə qədər yaşadı, 1661-ci ilə qədər imperator olan oğlu Şunshi və nəvəsi İmperator Kangxiyə dövləti idarə olunmasında ölənə qədər yardım etdi.
XX əsrə qədər Çini idarə edən Tsin sülaləsinin "anasi" Çingiz xanın soyundan gəlirdi. İmperatriça Xiaozhuanq İmperatriça Cixidən fərqli olaraq siyasətlə çox maraqlanan deyildi, lakin ehtiyac olduğu zamanlarda siyasətə də müdaxilə edirdi.
Börte Çina (Boz ləkəli Qurd) | Goa Maral (Ağ Maral) | ||||||||||||||||||||||||||||||||||||
Monqolların gizli tarixinə görə | Bataçi xan | ||||||||||||||||||||||||||||||||||||
Tamaça | |||||||||||||||||||||||||||||||||||||
Horiçar-Mergen | |||||||||||||||||||||||||||||||||||||
A'ucan-Boro'ul | |||||||||||||||||||||||||||||||||||||
Sali-Haça'u | |||||||||||||||||||||||||||||||||||||
Yeke-Nidun | |||||||||||||||||||||||||||||||||||||
Semsoçi | |||||||||||||||||||||||||||||||||||||
Harçu | |||||||||||||||||||||||||||||||||||||
Borcigindai-Mergan | Mangholcin-ho'a | ||||||||||||||||||||||||||||||||||||
Borohcin-ho'a | Toroholcin | ||||||||||||||||||||||||||||||||||||
Duva-Sohor | |||||||||||||||||||||||||||||||||||||
Dobun Mergen | Alan Ho'a | "Nur" | |||||||||||||||||||||||||||||||||||
Bodonçor | |||||||||||||||||||||||||||||||||||||
Kabiçi Bahadur | |||||||||||||||||||||||||||||||||||||
Menen Tudun | |||||||||||||||||||||||||||||||||||||
Kaçi Külük | |||||||||||||||||||||||||||||||||||||
Haidu | |||||||||||||||||||||||||||||||||||||
Baişinghor-Dohşin | |||||||||||||||||||||||||||||||||||||
Tambinai-Seçen | |||||||||||||||||||||||||||||||||||||
Kabul Han | Ambagai | ||||||||||||||||||||||||||||||||||||
Bartan Bahadur | Kutla xan | ||||||||||||||||||||||||||||||||||||
Yesugey bahadur | |||||||||||||||||||||||||||||||||||||
Çingiz xan | |||||||||||||||||||||||||||||||||||||