Capoeta gracilis

Capoeta gracilis (lat. Capoeta gracilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin xramulya cinsinə aid heyvan növü.

Capoeta gracilis
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Ranqsız:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Capoeta gracilis
Beynəlxalq elmi adı

Xarakterik morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Xarici görünüşünə görə adi xramulyaya bənzəyir, lakin ondan yan xəttindəki pulcuqların və bel üzgəcindəki şüaların az saylı olması və belinin ancaq bel üzgəcinin ön tərəfində yanlardan basıq olması ilə fərqlənir. Uzunluğu 35.0 sm-ə qədər olur.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Çay balığı olub, başlıca olaraq çayların sürətlə axan yerlərində yaşayır, nisbətən az miqdarda çayların sakit axan sahələrində təsadüf edilir. Ömrünün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.[1]

Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur. Talış dağlarından axıb Xəzər dənizinə tökülən çaylarda (Qumbaşı, Viləş, Lənkəran, Təngəru, Astara, Balahırı, Göytəpə) yayılmışdır. Başlıca olaraq çayların orta və aşağı axınlarında yaşayır.[2]

Cinsi statusu və çoxalma xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü çayların daşlı-çınqıllı hissələrində üç dəfəyə, iyun-iyul aylarında tökür. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 3.8 minlə 11.2 min kürü arasında dəyişilir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, orta ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur.

Limit faktorları

[redaktə | mənbəni redaktə et]

Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Əsasən bitki mənşəli qidalarla və yosunlarla qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını yosunlar (diatom), detrit, su həşaratları və onların sürfələri təşkil edir.

Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.

İnsan həyatına təsiri

[redaktə | mənbəni redaktə et]

Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s