Carabus talychensis (lat. Carabus talychensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinin karabid cinsinə aid heyvan növü. Sayı azalmaqda olan talış endemidir.
Talış karabidi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: Yarımdəstə: Ranqsız: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Talış karabidi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bədəninin uzunluğu 35-40 mm-ə qədərdir, qanadüstlükləri hamardır və tutqundur. Üzərilərində zəif nəzərə çarpan nöqtələr vardır. Ön döşün kənarları azca qalxmış vəziyyətdədir. Bığcıqları və ətrafları qaradır.[1]
Lənkəran zonasında rast gəlinir. AMEA Zoologiya İnstitutunun kolleksiya fondunda M.Vinovski tərəfindən 1936-cı ildə Lənkərandan tutulmuş 1 fərd saxlanılır. Son illərdə rast gəlinməmişdir.[2]
Meşə ətrafının yuxarı kənarı, meşədən sonrakı çəmənlik və dağ-çöl zonasında yaşayır. Yetkin mərhələdə qışlayır. Cütləşmə və yumurtaqoyma yazda, sürfənin inkişafı yayda, puplaşma torpaqda keçir. Cavan böcəklər yayın sonunda və payızda əmələ gəlir. Gecə yırtıcısı olub, kiçik onurğasızlarla qidalanır. Gündüz vaxtı mamır, daş və s. altında gizlənir.[3] İri cücüyeyən quşlar — zığ-zığ, göycəqarğa, sağsağan və s. quşlar tərəfindən yeyilir.
Böcəyin Hirkan Milli Parkına daxil olmayan ərazilərdəki yaşayış yerlərinin mal-qara tapdağına çevrilməsi, çəmənliklərin şumlanaraq kənd təsərrüfatı məqsədilə istifadəsi, zərərvericilərə qarşı pestisidlərin plansız surətdə tətbiqi üçpərli talış çapağanının sayını məhdudlaşdıran amillərdəndir.
Hirkan Milli Parkında qorunur. Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Böcəyin Hirkan Milli Parkına daxil olmayan ərazilərdəki yaşayış yerlərində mal-qaranın otarılması, pestisidlərin istifadəsi qadağan edilməlidir. Böcəyin sayi və yayılma arealı barədə yeni məlumatların əldə edilməsi üçün hər il yasayis ərazilərinə monitorinqlər təşkil edilməlidir.