Carabinae

Əsl karabidlər (lat. Carabinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin karabidlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.

Əsl karabidlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
Ranqsız:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Əsl karabidlər
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Əsasən iri böcəklərdir, rənglərində qara tonlar üstünlük təşkil edir. Ancaq parlaq metal rəngə çalan yaşıl, mavi və ya bənövşəyi rəngdə olanları da vardır. Ən zəngin cinslərdən olan Carabus böcəklərinin alt qanadları tam inkişaf etmədiyindən, onlar uçmur. Bədəninin uzunluğu 40–50 mm-ə çatır. Böcəklər meşələrdə, bağlarda yaşayır, gecə həyat tərzi keçirdiklərindən, gündüz seyrək nəzərə çarpır.[3]

Onların əksəriyyəti, quşların yemədiyi (ququ quşu və sarıköynəkdən başqa) meşə ziyanvericiləri olan tək ipəksarıyanın, rahibə-kəpənəyin, halqalı ipəksarıyanın və qızılqarın kəpənəyin tırtıllarını məhv etməklə böyük fayda verir .Başqa növlər, bostan bitkilərinə böyük ziyan vuran ilbizləri yeməkdə ixtisaslaşmışlar. Onlara ilk növbədə Qafqaz karabidi, başqa sözlə Qafqaz sıçradıcı-ilbizyeyəni Carabus caucasicus Adams aiddir. Bu növün böcəkləri və sürfələri yırtıcıdır. Onlar orta ölçülü çılpaq ilbizləri böyük miqdarda yeməklə xeyli fayda verirlər. Böcəklərin ömrü 2-3 ildir. Narahat edildikdə və ya ələ götürüldükdə bu böcək bədəninin arxa hissəsindən kifayət qədər uzaq məsafəyə (50 sm-ə qədər) qələvi maye fışqırdır. Dəriyə düşərkən bu maye kəskin yanma hissi törədir. Zədələnmiş yeri su ilə tez yuduqda bu hiss keçib gedir. Ən gözəl və iri böcəklərdən biri kimi kolleksionerlərin diqqət mərkəzində durur və Beynəlxalq entomologiya bazarında yüksək qiymətləndirilir. Bunun nəticəsində onun sayı təhlükəli həddə qədər azalmış və bu səbəbdən MDB və Azərbaycanın Qırmızı kitablarına salınmışdır.[3]Azərbaycanda 300 növdən çox karabid böcək qeydə alınmışdır [4,5,6.7.8, 9].

Təbiətin bəzəyi olan bu endemik relikt növ şimal-şərqi Azərbaycanın meşə dağətəklərində yayılmışdır. Talış dağlarında hərdənbir Talış endemiki olan Carabus clypeatus talyshensis Men. rast gəlinir. Bu növ meşənin yuxarı sərhəddinə yaxın meşə ətrafı çəmənlərdə və dağüstü-kserofit bitki biotopunda yayılmışdır. Böcəklər təbiətdə yayın sonunda üzə çıxır və payıza qədər yaşayırlar. Qışlamanı müxtəlif sığınacaqlarda - daşların altında, döşənəkdə və s. keçirirlər. O biri yazda cütləşmə və yumurtaqoyma baş verir. Yumurtalar torpağa qoyulur, buradaca sürfələr inkişaf edir və puplaşır. Bu yırtıcı böcəklərin qidasını onurğasızların müxtəlif qrupları, çox vaxt cücülər və onların sürfələri təşkil edir. Qafqaz endemiki olan Carabus exaratus G. Böyük və Kiçik Qafqazda kserofil bitki örtüyünə malik açıq dağ yamaclarında rast gəlinir. Yaz və payız dövründə bu böcəklərin səciyyəvi sığınacaq yeri qayaların yarıqları, buradakı daşların altıdır. Zaqafqaziyanın cənub rayonlarında qara sıçradıcı (Carabus maurus A.) yaşayır. Bu, Şərqi Aralıqdənizi mənşəli nadir böcəkdir. Zaqafqaziyadan başqa, İranda, Türkiyədə və Kiprdə də yaşayır. Onun səciyyəvi biotopları yarımsəhra və meşə talaları, dağ-çöl zonasının əraziləridir. Subalp çəmənləri üçün onun yarımnövü olan C. maueus punilio Kust. səciyyəvidir. Bığcıqları qısa, rəngi qara, çox vaxt zəif bənövşəyiyə çalır. Kiçik Qafqazın və Talışın dağlıq zonasındakı taxıl zəmilərində yayılmış Carabus tamsi Men. də Zaqafqaziya endemikidir. Sistematik cəhətdən Carabus cinsinə Calosoma cinsi yaxındır. Buraya, sürfələri ilə birgə, ziyanlı kəpənəklərin tırtıllarını məhv edən istisnasız olaraq faydalı böcəklər aiddir. Məsələn, iyli gözəlbədən (Calosoma sycophanta L.) Azərbaycanda Böyük Qafqazın aran və dağətəyi meşələrində yayılmışdır. Kiçik Qafqazın və Talışın meşə massivlərində seyrək hallarda rast gəlinir. Bu böcək MDB və Azərbaycan]]ın Qırmızı kitablarına salınmışdır. Azərbaycanda qumlu ərazilərdə Scarites lucidae Pall. yaşayır. Kiçik Qafqaz mağaralarında özünəməxsus kor karabidlər – Anophthalmus yaşayır. Qarışıq qida tipli haflardan Amara cinsinin böcəklərini göstərmək olar. Məsələn, yırtıcı Amara aulica Panz. Şəki taxılçılıq sovxozunda və Masallı rayonunun Ərkivan kəndində taxılın süd yetkinliyi və yetişmə dövründə bəzən sünbüllərdəki dəni gəmirir. A. fulva Deg. isə bəzən nəinki sünbülləri, həm də kartof saplağını çeynəyir. Daha üç yırtıcı karabid – A. apricaria Payk., A. ovata F., və A. aenea Deg. Şəmkirdə, GəncədəMingəçevirdə sütul taxıl dənlərini zədələyir və ya yabanı mədəni xaççiçəklilərin toxumlarını çeynəyir. Zabrus cinsinə tipik bitkiyeyən karabidlər aiddir. Belə ki, cənub taxıl karabid böcəyi Z. morio Men. Azərbaycanda dənli bitkilərin əsas ziyanvericilərindən biri olub, payızlıq taxıla mühüm ziyan vurur. Həm sürfə, həm də yaşlı fazada ziyan verir. Z. tenebrioides elongatus Men. bundan az ziyanlı növ deyildir. Azərbaycanda bu yarımnövün əsas ziyankar fəaliyyət sahəsi Şəki-Zaqatala, Gəncə-Daşkəsən və Muğan-Salyan zonalarıdır.[3]

4. Nuriyeva İ.A. Azərbaycanın Böyük Qafqazın Cənub-Şərq və Lənkəran vilayətlərinin  karabid böcəklərinin (Carabidae) ekoloji xüsusiyyətləri.Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. II cild Bakı “Elm” 2010.s.384-389.

5. Нуриева И.А. Данные о жужелицах различных районов Азербайджана. Научно-практический конференция I-ых международных Беккеровских чтений Волгоград -2010. ст.473-476.

6.Nuriyeva İ.A. Calasoma sycophantaCarabus caucasicus (Coleoptera. Carabidae) karabid böcəklərinin laboratoriya şəraitində saxlanması təcrübəsinə dair.Zoologiya İnstitutunun əsərləri. Bakı. “Elm”, 2011. cild 29. s.250-254 .

7. Nuriyeva İ.A.Karabid böcəklərin ( Carabidae) praktiki əhəmiyyəti və Azərbaycanda Carabus cinsinin vəziyyəti.Zoologiya İnstitutunun əsərləri. Bakı.2013 cild 31, №2.s.116-122.

8. Нуриева И.А. Сравнительный анализ биоценотических комплексов жужелиц (Coleoptera, Carabidae) ландшафтов Большого Кавказа Азербайджана. Материалы Всероссийской конференции с международным участием «Горные экосистемы и их компоненты» Нальчик 2014.с.117-118.

9. Nuriyeva İ.A. Azərbaycanda Harpalus cinsinin (Carabidae Coleoptera,)  nümayəndələri. Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri 7 cild №2 Bakı 2015. s.100-105