İriçiçək xostək (lat. Caragana grandiflora) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.
İriçiçək xostək | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: İriçiçək xostək |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda Şimali İran, Rusiya, Orta Asiya və Cənubi Qafqazın şərqində və qərbində yayılmışdır.
Təbiətdə 2–5 m hündürlükdə olan koldur. Gövdəsi qonur-boz rəngdədir. Cavan budaqları künclü, çılpaq və ya kol şəkillidir. Ağımtıl və ya qonur-boz rəngdədir. Yarpaqaltlıqları 2–3 mm uzunluqda bərk tikan formasında, budaqları və cavan zoğları çoxtikanlıdır. Yarpaqlarının saplağı odunlaşmış, tüklü və tökülməyəndir. Yarpaqcıqları xırda, 5–12 mm uzunluqda və 2–3 mm enindədir. Tərs lansetvarı və ya pazşəkilli olub, ucdan sivri, nazik və qısa, üzəri çılpaq və ya tükcüklərlə örtülüdür. Çiçəkləri tək-təkdir. Çiçək saplağı kasacıqdan qısa, o boyda və ya ondan iridir. Kasacıq yaşıl və ya qırmızımtıl-qonur rəngdədir. 12–16 mm uzunluqda, boruvarıdır, qaidədən torbacıq şəklində, şiş olub, üzəri tükcüklüdür. Çiçək tacı iri, 2,5–3 sm uzunluqda olub, əvvəlcə qızılı rəngdə olur və sonradan qızarıır. Paxlası bir qədər oturaq olub, 2,5–4 sm uzunluqdadır. Üzəri xətli, çılpaq və ya tüklüdür. May ayında çiçəkləyir, iyunda meyvəsi yetişir.
Daşlı-qayalı, gilli təpəliklərdə, seyrək meşəliklərdə su axarlarının kənarlarında bəzən şoran torpaqlarda rast gəlinir. Təbiətdə toxumları ilə çoxalır. Başlıca olaraq insan fəaliyyəti və bəzi abiotik amillərin təsiridir. Kulturada becərilir. Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Azərbaycanın nadir bitkisidir. Azərbaycanda arealı geniş deyildir. Naxçıvan dağları, Bozqır yaylası və Qobustanda rast gəlinir. Azərbaycanın "Qırmızı kitabı"na daxil edilməsi tövsiyə olunur.
Park və bağlarda tək-tək təsadüf edilir. Yarpaqlarının tərkibində 9,27 mq C vitamini vardır. Ballı bitkidir.