Cari valyuta əməliyyatları
Cari valyuta əməliyyatları (Current currency transactions) -
- malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın ölkəyə və ölkədən köçürülməsi;
- 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;
- əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividentlərin və digər gəlirlərin ölkəyə və ölkədən köçürülməsi;
- ölkəyə və ölkədən qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, təqaüd, aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar.[1]
- ↑ MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.55