Carum caucasicum

Qafqaz zirəsi (lat. Carum caucasicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zirə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına göre növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir — NT. Azərbaycanın nadir növüdür.

Qafqaz zirəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Carum caucasicum

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzun-saplaqlı, uzunsov, ikiyə yarılmışlələkvaridir, son ayaları lansetvari və ya xətvaridir, gövdə yarpaqları 1-2 ədəd və ya heç olmur. Çətirlərinin 5 ədəd müxtəlif ölçülü şüaları vardır. Ləçəkləri ağdır. Meyvələri 3 mm uzunluğundadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi iyun-iyul, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Mezofit bitkidir. Dəniz səviyyəsindən 2000 m-dən yuxarıda tək-tək müşahidə edilir. Əsasən alp və subalp çəmənlərdə rast gəlinir.

Böyük Qafqazın Quba sahəsi (Qusar rayonu — subalp yüksəklikləri) və qərb hissəsi, Kiçik Qafqazın şimal (Daşkəsən rayonu — Xoşbulaq yaylası) və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Gəmiqaya və Göygöl əraziləri, Ordubad rayonu — Qaraquş ətəkləri).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Məhdud ərazidə yayılan azsaylı populyasiyadır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Mənfi iqlimə həssaslıq müşahidə olunur.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Qorunması mühüm olan növdür.