Əkin şabalıdı (lat. Castanea sativa) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin şabalıd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli ksilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür.
Əkin şabalıdı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Əkin şabalıdı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28), eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir. Tozluqlar yumurtavari olub, sırğalar çiçək açdıqdan sonra tökülür. Dişicik daşıyan çiçəklərdən ibarət dixazi iri çanaqcıqla əhatə olunur. Çanaqcıq 4 qapaqla açılır, üzəri yumşaq iynəvari tüklərlə örtülü olur. Çanaqcıqda 3 ədəd birtoxumlu fındıqca tipli meyvə yetişir. Hündürlüyü 30 (35) m-ə qədər, diametri 1,5 (2) m, enli, budaqlı çətiri olan ağacdır. Tumurcuqları iri, yumurtaşəkilli, tünd-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu (8) 10-25 smdir,uzunsov-neştərvari, neştərvari və ya uzanmış uzunsovdur, qaidəsinə doğru daralmış, uc hissədə dartılı-sivridir, üst tərəfdən çılpaq, alt tərəfdən sıx ulduzşəkilli-tüklüdür, kənarları bizvari, adətən içəri əyilmiş zoğlarla tamamlanan dişlərlədir; yarpağın alt tərəfindən nəzərə çarpan damarları 16-28 (30) cütdür. Erkəkcikli çiçəkləri sarımtıl rəngli, ətirlidir,uzun ox üzərində yumaqcıqda oturaraq, çiçəkləri solandan sonra tökülən, uzun düzduran salxım əmələ gətirir. Dişicikli çiçəkləri 1-3 ədəd və ya daha çox olmaqla yumaqcıqda yerləşir. Meyvəsi parıldayan, qalın dərili,meyvə yanlığı qəhvəyi rəngli olan qozdur;qozlar bir tərəfdən qabarıqdır, 2-3 (1) ədəddir,gec açılan olub, xaricdən uzun sivri iynəlidir, şarşəkilli qoza ilə tamamlanır. İyun-iyul aylarında çiçəkləyir. Meyvələri sentyabrın axırında, oktyabr və noyabr ayında yetişir. Toxum, pöhrə və kök bicləri ilə artır. Tozlanması entomofil və anemofildir. Mezofitdir. Təzə, dərin, açıq qonur çöküntülü dağ-meşə qurşaqlarında yaxşı bitir, tərkibində əhəng olan torpaqları, quru və bataqlıqlaşmış yerləri sevmir. Şabalıd meşəlikləri nisbətən kiçik sahələri tutub, əsas etibarilə dəniz səviyyəsindən 550-1200(1300)m hündürlükdə, yamacın rütubətli şimal, qərb və qismən cənub hissələrində yayılmışdır. Adətən qarışıq halda fıstıq-vələs və vələs-palıd meşələrində bitir. Qida bitkisidir.
Arealı tədricən azalan relikt növdür.
Zaqatala (qoruğun ərazisi), Qəbələ (Vəndam və Bum çayları vadilərində) və rayonları. Qavqazın qalan hissəsində - Qərbi Zaqafqaziya, Cənubi Osetiya MB. Azərbaycandan kənarda – Kiçik Asiya və Qərbi Avropanın cənubu.
Zaqatala, Qəbələ, Oğuz, Xaçmaz, Xudat, Yuxarı Qarabağ rayonları ərazilərində, Alazan-Əyriçay vadisində rast gəlinir. BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ mərkəz. (Xocalıçay), Lənk. dağ. Orta və yuxarı,bəzən aşağı dağ qurşaqlarında rast gəlinir.
Yayılma ərazilərinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.
Şərq fıstığı tikinti işlərində, sualtı tikintidə, gəmiqayırmada, dülgər və mebel düzəldilməsində və s. istifadə olunur.Zoğ və yarpaqları iri buynuzlu heyvanların yemdir. Həmçinin dekorativ əhəmiyyəti vardır.
Digər cinslərlə birgə təmiz meşə əmələ gətirir.
Zoogen amillər (meyvələrin meşədə vəhşi donuzlar, gəmiricilər tərəfindən yeyilməsi), fitopotoloji və antropogen amillər (əhali tərəfindən meyvələrin yığılması)
Zaqatala Dövlət Qoruğunda mühafizə olunur.
Dəniz səviyyəsindən 600–1100 m yüksəklikdəki zolaqda, aşağı dağlıq qurşağın şimal yamaclarında, dağ vadiləri və dərələrinin yamaclarında, təzə, rütubətli qonur-gillicəli torpaqlarda bitir.
Meşədə şabalıda palıd, vələs, ağacları ilə birgə rast gəlinir. Antropogen amillərin qüvvətli təsirinə məruz qalan sahələrdə şabalıd vələslə əvəz olunur.
Şabalıdın əsas meşə massivlərinə Qəbələ rayonunda təsadüf edilir. Azərbaycanda ehtiyatı ümumiyyətlə azdır. Ümumi sahəsi 1000 ha yaxındır. Çoxalması toxumladır.
Tikinti materialı və müxtəlif məqsədlər üçün sistemsiz kəsilməsi, xəstəliyi və meyvəsinin toplanması.