Cavad Abdinov

Cavad Şahvələd oğlu Abdinov (5 yanvar 1940, Behrud, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), həqiqi üzvü (akademik) (2014).[1]

Cavad Abdinov
Cavad Şahvələd oğlu Abdinov
Doğum tarixi (84 yaş)
Doğum yeri Behrud, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcələri professor, akademik
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti, Fizika-riyaziyyat fakültəsi
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni

Cavad Abdinov 1940-cı il yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Behrud kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H. Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1966-cı ildə "Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi" mövzusunda namizdəlik dissertasiyasını müdafiə edib. C. Abdinov 1976-cı ildə "Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyasını müdfiə edib. Cavad Abdinov 1984-cü ildə professor adını alıb.

  • Elmi məqalələrin sayı-283
  • Beynəlxalq konfranslarda iştirakının sayı-50-dən çox
  • Xaricdə çıxmış elmi əsərlərinin sayı-200-ə yaxın
  • İxtiraların sayı-29
  • Kadr hazırlığı- 26 fəlsəfə doktoru, 4 elmlər doktoru

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Cavad Abdinovun əsas elmi fəaliyyəti elektron çevriciləri, xüsusilə temo və fotoelektrik çevriciləri üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqları və mexanizmlərinin müəyyənləşdirilməsi, bu əsasda istehsalata yaralı yüksək effektivli materialların və onların tətbi ilə termoelektrik və fotoelektrik çevricilərinin işlənib tətbiq edilməsidir. O bu istiqamətdə elmi məktəb yaradıb. Professor respublikamızda və keçmiş ittifaqda ilk dəfə olaraq xüsusi təyinatlı yeni yarımkeçirici çevricilər istiqamətini — yerüstü və uçan qurğularda yerləşdirilən informasiyanın qəbulu və verilməsi optik sistemlərində geniş tətbiq olunan elektron soyuduculu, spektrin görünən, yaxın və uzaq infrqırmızı oblastında həssas çevricilər istiqamətini yaradıb. C. Abdinov slen, keçid elementlərinin xalkogenidləri, bismut tellurid, bismut-stibium, kadmium və civə tellurudləri, qurğuşun tellurid əsasında elektron texnikası üçün çox perspektivli materialların yaradılması, bu materialların fiziki xassələrinin kompleks tədqiqi və onlar əsasında yeni yarımkeçirici çevricilərin, habelə yarımkeçiricilərin və elektron cihazlarının diaqnostikası üçün yeni fiziki metodların işlənməsi və tətbiqi sahəsindəki işləri respublikada və xaricdə geniş tanınmışdır. onun selenin tədqiqi sahəsində aldığı nəticələr bu yarımkeçiricidə baş verən taraz və qeyri-taraz elektron hadisələrinin mexanizmini, onda müşahidə olunan "anormal" xassələrin səbəbini, fiziki xassələrdə aşqarların ve selenin polimer quruluşunun rolunu və s. izah etməyə imkan vermiş, selen əsasında çevricilərin əsas parametrlərinin yaxşılaşdırılmasına gətirmişdir. bu nəticələr selenə uyğun quruluşların da fiziki xassələrinin aydınlaşdırılmasında istifadə olunur. Müxtəlif termoelektrik materialların işlənməsi sahəsində aparılmış işlər yüksək effektivliyə malik termoelektriklərin yaradılmasına və snayedə tətbiqinə səbəb olmuşdur. Bu işlər ilk dəfə olaraq respublikamızda xüsusi təyinatlı elektron soyuduculu germetik fotoqəbguledicilərin istehsalına gətirib çıxarıb. C. Abdinov yeni infraqırmızı texnika cihazları və metodlarının fiziki əsaslarını işləmiş və onun bu işi müəlliflik şəhadətnaməsi və patentlə müdafiə olunmuşdur. Bu cihaz və metodlar yerüstü və uçan sistemlərdə yerləşdirilən optik sistemlərdə geniş tətbiq olunmuşdur. Onlardan özünü istiqamətləndirən hava mərmisnin istilik başlığı üçün kiçik ölçülü bir kaskadlı elektron soyuduculu bir elementli fotoqəbuledici, hərbi təyyarədə yerləşdirilən optik lazer nişanlama sistemi üçün ikikaskadlı elektron soyuduculu 8 elementli fotoqəbuledici, gəmi artilleriya qurğusunda yerləşdirilən ikikaskadlı elektron soyuduculu 4 elementli fotoqəbuleidici, Yerin təbii sərvətlərini tədqiq edən kosmik aparatda yerləşdirilən üçkaskadlı termoelektrik soyuduculu 2 elementli fotoqəbuledici və s. göstərmək olar. Həmin fotoqəbuledicilər keçmiş ittifaqda seriya istehsal olunan bu tip ilk cihazlar olmuşdur.

Əsas elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

C. Abdinov 1973-cü ildə Bakıda təşkil olunan və keçmiş SSRİ Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Elmi-Tədqiqat Fotoelektronika İnstitutuna keşmiş, orada xüsusi təyinatlı yeni elektron texnikası cihazlarının yaradılması və istehsalı ilə məşğul olan "Bərk cisim elektronikası" elmi-istehsalat şöbəsini təşkil etmiş və bu günə qədər ona rəhbərlik edir. O, 1993–2002-ci illərdə AMEA Fotoelektronika İnstitutunun elmi işlər üzrə direktor müavini, 1998–2002-ci illərdə həmin institutun direktoru olub. 2009-cu ildən indiyədək isə Fizika İnstitutunun elmi işlər üzrə direktor müavinidir. O, "Физика селена" və "Развитие физики селена" dünyada bu sahədə ilk monoqrafiyaların müəllifidir. Onlardan 200-ə qədəri xarici jurnallarda dərc olunub. Bundan başqa 283 elmi məqalə və 29 ixtiranın müəllifidir. Bu elmi məqalələrin 117-si SCİ siyahısına daxil olan jurnallarda nəşr olunub.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü

[redaktə | mənbəni redaktə et]

Cavad Abdinov keçmiş SSRİ EA və AMEA-nın Problem Şurasının üzvü, Azərbaycan Respublikası Prezident yanında AAK-ın fizika elmləri üzrə Ekspert Şurasının üzvü və sədri olub. Hazırda Dissertasiya Şurası, AMEA-nın iki Problem Şurasının, Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının Elektron Texnikası funksional materialları üzrə Problem Şurasının üzvü və AMEA-nın "Fizika" və "Xəbərlər" (fizika və astronomiya seriyası) elmi jurnallarının redaksiya heyətlərinin üzvüdür. O, 1969-cu ildən indiyədək kafedra müdiri və professor kimi müxtəlif ali məktəblərdə əvəzçiliklə pedaqoji işlə məşğul olur.

Təltif və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Cavad Abdinov 1971-ci ildə selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə əldə etdiyi nailiyyətlərə görə Komsomol mükafatı laureatı adına, 1982-ci ildə isə "Geniş tətbiq olunan elektron cihazlarının istehsal texnologiyasının və konstruksiyasının elmi əsaslarının işlənib hazırlanmasına görə" Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı adına layiq görülüb. O, 2 orden və 2 medalla təltif olunub.

  1. "Arxivlənmiş surət". 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-06.