Cavad Hibəddin Əl Şəhristani — Maarif Nazirliyində orta məktəb müəllimi, dil-ədəbiyyat komissiyasının rəhbəri, sədr müavini, 1939-cu ildə İraq radio-televiziya stansiyasında aparıcı, şərhçi, teatr, ssenari müəllifi
Cavad Hibəddin Əl Şəhristani | |
---|---|
Cavad Hibəddin Əl Şəhristani | |
Doğum tarixi | |
Doğum yeri | Bağdad |
Vəfat tarixi | (88 yaşında) |
Vətəndaşlığı | İraq |
Milliyyəti | İraqlı |
Hüquqşünas Cavad Hibəddin Əl Şəhristani 1916-cı il 27 noyabrda Bağdad şəhərinin Kazımiyyə məhəlləsində doğulmuşdur. 1956-cı ildə hüquq fakültəsini bitirmiş Cavad Hibəddin Əl Şəhristani həm vəkil, həm də jurnalist kimi fəaliyyət göstərmişdir. Bir çox qəzetdə baş redaktor kimi çalışmışdır. ("Əl Ənba" - 1952, "Əl Haris" - 1954). 1938-ci ildə Maarif Nazirliyində orta məktəb müəllimi, 1939-cu ildə İraq radio-televiziya stansiyasında aparıcı, şərhçi, teatr senari müəllifi, dil-ədəbiyyat komissiyasının rəhbəri, sədr müavini vəzifələrində işləmişdir. Eyni zamanda Yaxın Şərqin "Asiya" Xəbər Agentliyinin müxbiri kimi də fəaliyyət göstərmişdir. Daha sonra Kəraçi (1953) və Suriyada (1956) keçirilmiş media konfranslarında İraqı təmsil etmişdir. Əl Kazımiyyədə yerləşən Cəvadeyn kitabxanasının rəhbəri kimi çalışmışdır. 23 avqust 1921-ci ildə İraq Krallıq dövründə ilk Maarif naziri olmuşdur. 2005-ci il 14 avqustda vəfat etmiş Cavad Hibəddin Əl Şəhristani Kazımiyyədə Cəvadeyn kitabxanasının həyətində atasının yanında dəfn edilmişdir.[1]