Cavanşir Axundov

Cavanşir Əşrəf oğlu Axundov (6 iyun 1955, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının İran İslam Respublikasında (2009–2016) və Latviya Respublikasında (2016–2021) fövqəladə və səlahiyyətli səfiri

Cavanşir Axundov
bayraq
Azərbaycan Respublikasının
Latviya Respublikasındakı
Fövqəladə və səlahiyyətli səfiri
bayraq2
2016 – 26 iyul 2021
SonrakıElnur Sultanov
bayraq
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri
bayraq2
2 noyabr 2009 – 7 mart 2016
ƏvvəlkiAbbasəli Həsənov
SonrakıBünyad Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1955(1955-06-06) (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavanşir Əşrəf oğlu Axundov 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin fars dili şöbəsini bitirib.

  • 1992-ci ildən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin I katibi vəzifəsində çalışıb.
  • 1995–1999-cu illərdə Azərbaycanın İran İslam Respublikasındakı səfirliyində işləyib.
  • 2000-ci ildə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri olub, 2001-ci ildən nazirliyin İkinci Şərq Ərazi İdarəsində rəis müavini işləyib.
  • 2003–2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir-elçi vəzifəsində çalışıb.
  • 2008-ci ildən Xarici İşlər Nazirliyi İnformasiya İdarəsinin rəisi idi.
  • O, Azərbaycanın İran İslam Respublikasındakı səfiri vəzifəsinə 2009-cu il noyabrın 2-də prezident İlham Əliyevin sərəncamı ilə təyin olunub.

Tarix elmləri namizədidir. Ailəlidir, bir övladı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]