Cavanşirin heykəli

Cavanşirin heykəli (rus. Бронзовая курильница из Кавказской Албании) — Qafqaz Albaniyası incəsənətinə aid tunc buxurdan.

Cavanşirin heykəli
rus. Бронзовая курильница из Кавказской Албании
Heykəlin Azərbaycan Tarixi Muzeyində saxlanılan mulyajı
Heykəlin Azərbaycan Tarixi Muzeyində saxlanılan mulyajı
Tarixi VII əsr
Üslubu Alban incəsənəti
Sifarişçi bilinmir
Saxlanıldığı yer Ermitaj, Sankt-Peterburq, Rusiya

Təsviri və tədqiqi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın şimal vilayətlərindən (eləcə də müasir Cənubi Dağıstandan) tapılan, adətən VI-VIII əsrlərə aid edilən tunc qablar, kuzələr və buxurdanlar nadir sənət əsərləri arasında, hazırda Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanılan, ötən əsrin əvvəllərində Naxçıvanda qədim əntiq əşyalar alverçisindən satın alınan tunc buxurdan xüsusi maraq doğurur. 35,6 sm hündürlükdə, tuncdan tökülmüş süvari heykəlciyi formasında olan bu buxurdan alimlərin (K.V.Trever, V.L.Lukonin, Q.Qoşqarlı və b.) ümumi rəyinə görə, yerli sənətkar tərəfindən düzəldilmişdir. Albaniya tarixinin ilk geniş tədqiqatçılarından olan K.V.Trever burada alban hokmdarı Cavanşirin təsvir olunduğunu güman edir. Onun bu gümana gəlməsinə səbəb bir tərəfdən heykəlcikdə Sasani şahlarına xas olmayan elementlərin varlığı, digər tərəfdən isə süvaridəki ikonoqrafik cizgilərin Moisey Kalankatlının Cavanşir haqqındakı məlumatına uyğun gəlməsidir. Azərbaycan alimləri Q.M.Əhmədov və N.İ.Rzayev də K.V.Treverin bu gümanının gerçək olduğunu təsdiq edirlər.[1] Heykəl at üstündə, zəngin paltarda, başında albanların etiqad etdikləri Selena-Ay təsvirli tacla təsvir edilib.[2]

  1. Оsmanov F.L. Qafqaz Albaniyasının maddi mədəniyyəti. Bakı, 1984.
  2. "Vitrin 37". 2017-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.