Cavid İsmayılov

Cavid İsmayılov (25 yanvar 1978, Bakı) — 25.01.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetində Təsviri incəsənət və rəsmxət müəllimliyi ixtisası üzrə bakalavr (1999–2003) və Pedoqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsində təhsil almışdır (2003–2006). Azərbaycan Rəssamlar İttifaqının (2010) və Naxçıvan MR Rəssamlar Birliyinin üzvüdür (2012). Haliyədə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı vəzifəsində işləyir. Təsviri İncəsənət kafedrasının dosentidir.[1] Həmin universitetin Memarlıq və təsviri incəsənət kafedrasında müəllim, baş müəllim (2010–2018), Naxçıvan Müəllimlər İnstitutunda İncəsənət kafedrasının müdiri vəzifələrində işləmişdir (2019–2020).[2]

CAVİD İSMAYILOV
İsmayılov Cavid Vəli oğlu
Doğum tarixi 25 yanvar 1978(1978-01-25) (46 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Təhsili
Üzvlüyü
Mükafatları "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı

Əsərləri ABŞ-da – oktyabr 2000-ci ildə "Western Sprinqs" Qadınlar Klubunda, Oktyabr-noyabrda Ford Xatirə Kitabxanasında, yanvar 2001-ci ildə Avrasiya Konfransında, apreldə Beynəlxalq Araşdırmalar, Təhsil Mərkəzində, PUC dərnəyinin iclasında, Nortwest İndiana Dünya Ticarət Şurasında, Perdue Universiteti Calumetdə və may ayında Təşəbbüskarlıq-Ticarət sərgisində nümayiş etdirilmişdir.

Naxçıvan Dövlət Universitetində (2004), Naxçıvan Rəssamlar Birliyində (2010, 2012), Türkiyə Cumhuriyyətinin Bolu şəhərində (2010) və Bakı şəhərində fərdi sərgilər keçirmişdir (2019). Naxçıvan MR Rəssamlar Birliyinin təşkil etdiyi "Naxçıvan — bəşəriyyətin beşiyi" I, II, III, IV və V Beynəlxlaq Rəsm Festivallarının iştirakçısıdır (2012, 2014, 2016, 2018, 2021).

Respublikamızda və xarici olkələrdə keçirilən bir çox qarışıq sərgilərdə və festivallarda iştirak etmişdir. O cümlədən: Türkiyənin Fırat Universiteti (2003), Qars-Qafqaz Universiteti (2006), İran İslam Respublikası gənc rəssamların festivalı (2007), Ərzurum festivalı (2009) və Malaziyada keçirilən sərgidə fəal iştirak etmişdir (2011). Naxçıvan Rəssamlar Birliyinin təşkil etdiyi "Naxçıvan-95" "Yurdumun rəngləri" festival-müsabiqəsində rəngkarlıq nominasiyası üzrə III yerin qalibi olmuşdur (2019).

Əsərləri ABŞ, Türkiyə, İran, Türkmənistan, Malaziya kimi xarici ölkələrdə, Naxçıvan şəhərində ki Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Xatirə Muzeyində, Cəlil Məmmədquluzadənin Ev Muzeyində, Bakı şəhərində və bir çox şəxsi kolleksiyalarda qorunub saxlanılır.[3]

  1. "Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  2. "CAVİD İSMAYILOV". 2023-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.
  3. "NAXÇIVANDA ƏMƏKDAR RƏSSAM CAVİD İSMAYILOVUN FƏRDİ SƏRGİSİ". 2017-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-11.