Cavid Mirhəmzə oğlu Abdullayev — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini.
Cavid Abdullayev | |
---|---|
Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini | |
Vəzifədədir | |
18 iyul 2021-ci ildən | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi xidmət | |
Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[1]
Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2005-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2010-cu il tarixli Sərəncamı ilə Cavid Abdullayev "İgidliyə görə" medalı ilə təltif edildi.[3]
Cavid Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini — Maddi-Texniki Təminat Qərargahının rəisi vəzifəsində təyin edildi.[4]
Azərbaycan Prezidenti İlham Əliyevin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayevə "general-mayor" hərbi rütbəsi verildi.[5]
Azərbaycan Prezidenti İlham Əliyevin 28.08.2013-cü il tarixli Sərəncamı ilə Cavid Abdullayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[6]
Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə Cavid Abdullayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[7]
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayev "Qarabağ" ordeni ilə təltif edildi.[8]
Cavid Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyul 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin edildi.[9]
Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2021-ci il tarixli Sərəncamı ilə Cavid Abdullayevə "general-leytenant" hərbi rütbəsi verildi.[10]
Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2024-cü il tarixli Sərəncamı ilə Cavid Abdullayev 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi