Cavid Xaspoladov (Cavid Cavad oğlu Xaspoladov;d. 5 oktyabr 1959,Göyçay) — "Əməkdar jurnalist"[2] , Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polis polkovniki, DİN Mətbuat Xidmətinin rəis müavini, "Mübariz keşikdə" qəzetinin və "Asayişin keşiyində" jurnalının redaktoru.[3]
Cavid Xaspoladov | |
---|---|
Cavid Cavad oğlu Xaspoladov | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
İxtisası | jurnalistika |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
"Qızıl qələm" "Araz" "Əməkdar jurnalist" "İgidliyə görə"[1] |
Cavid Xaspoladov 1959-cu ildə oktyabrın 5-də Göyçay şəhərində müəllim ailəsində doğulub.
Ayrı-ayrı illərdə "Xalq qəzeti", "Azərbaycan", "Respublika" qəzetlərində xüsusi müxbir, şöbə müdiri, redaktor müavini, AzərTac-ın baş redaktorunun müavini vəzifələrində çalışıb.[3]
Sovet dönəmində SSRİ Jurnalistlər İttifaqına, müstəqillik illərində Azərbaycan Jurnalistlər Birliyinə üzv seçilib. Mətbuatda jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı, "Müxbir", "Universitetin elmi xəbərləri" və "Jurnalistika" məcmuələrində elmi məqalələri dərc olunub. C.Xaspoladov hazırda Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində baş məsləhətçidir. Dövlət qulluğunun baş müşaviridir.
"Qızıl qələm" və "Araz" ali media mükafatlarına, "Kamil sənətkar" diplomuna layiq görülüb. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Ailəlidir, 2 övladı, 2 nəvəsi var.