Cavidan Novruz

Cavidan Novruz (Cavidan Ramiz oğlu Novruz; 28 avqust 1974, Bakı) — aktyor, müğənni, bəstəkar.

Cavidan Novruz 28 avqust 1974-cü ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub.[1]

Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir.

Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğlu, stilist Şəfəq Novruzovanın qardaşıdır.

Ailəlidir. Turan adında bir oğlu var.[2]

Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb.

Cavidan Novruz müğənnidir. O ifaçı kimidə Türkdilli dövlətlərdə Azərbaycanı layiqincə təmsil edib. "Avrasiya yıldızı" yarışmasında 2-ci yerə qədər çıxmışdır. Eyni zamanda da ifa etdiyi mahnılar var ki, bəstələri özünə aiddir.

"Son qərar", "Yasandı bitdi", "Gəl gör məni eşq neylədi", "İkimiz" adlı mahnılarını bəstələyib və "Ezizim Fellini" kino-filmdəki soundtrack "Hardasan" mahnısını ifa edib.

Universitetə qəbul olduğu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Cavad xan" filmində ilk böyük rola Cavadxanın kiçik oğlu (Əliqulu xan) roluna dəvət alıb.

Uşaq yaşlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bir çox tamaşalarda rollar alıb və uşaq yaşlarından filmlərdə çəkilib.

  1. Axırıncı yol
  2. Ayıq sürücü
  3. Bəsdir, ağlama! (film, 1999)
  4. Cavad xan. Filmin filmi (film, 2007)
  5. Cavad xan (film, 2009)
  6. Qız atası (teleserial, 2014) (27-ci, 90-cı bölümlər)
  7. Vicdan haqqı (teleserial, 2016)
  8. Axırıncı yol (film, 2016)
  9. Bacanaqlar (film, 2017)
  10. De sən öl (film, 2018) Kama
  11. Komedixana (2019-günümüz)
  1. "Cavidan Novruz". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  2. "Cavidan Novruz: "Oğlumun bayağı aktyorların sayını artırmasını istəmirəm" - VİDEO". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.