Con Ellis Ceb Buş (ing. Jeb Bush; 11 fevral 1953[1][2][…], Midlend[d], Texas[3][4]) — ABŞ siyasətçisi, respublikaçı, Florida ştatınınnın 1999–2007-ci illər ərzində iki müddətə 43-cü qubernatoru. ABŞ-nin 41-ci prezidenti Corc Buşun və Barbara Buşun oğlu, ABŞ-nin 43-cü prezidenti Corc Uoker Buşun balaca qardaşı.
Ceb Buş | |
---|---|
ing. Jeb Bush | |
5 yanvar 1999-cu il – 2 yanvar 2007-ci il | |
Əvvəlki | Baddi Makkey |
Sonrakı | Çarli Krist |
Şəxsi məlumatlar | |
Doğum adı | John Ellis Bush |
Doğum tarixi | 11 fevral 1953[1][2][…] (71 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | bankir, siyasətçi, yazıçı, iş adamı, qubernator |
Atası | Corc Herbert Uoker Buş[5][4] |
Anası | Barbara Buş[5][4] |
Uşaqları | 3 |
Dini | episkopal kilsə[d], katolisizm |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
jeb2016.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceb BUş Texas ştatının Hyuston şəhərində böyüyüb. Ostində Texas Universitetiini Latın Amerikası məsələləri ixtisası üzrə bitirib. Ali məktəbi bitirdikdən sonra atası ölkənin vitse-prezidenti seçildikdən sonra 1980-ci ildə Floridaya köçür. 1986-cı ildə ştatın ticarət məsələləri üzrə katibi təyin edilir. 1988-ci ildə atasının prezident seçkiləri kampaniyasında iştirak etmək üçün istefa verir.
1994-cü ildə Ceb Buş Florida ştatının qubernator seçkilərində iştirak etsə də iki fazi səs fərqi ilə Loyton Cilesə uduzur. 1998-ci ildə vitse-qubernator Иaddi Makkey ilə seçkilərdə 55 faiz səslə qalib gəlir, 2002-ci ildə 56 faiz səslə ikinci müddətə qubernator seçilir.[6] Bu vəzifədə C. Buş ştatda ətraf mühitin yaxşılaşmasına və təhsil sisteminin islahatına nail olur[7][8]. O həmçinin Floridada yüksək sürətli dəmir yol xəttinin çəəkilişinin qarşısını alır.
2014-cü ildə Ceb Buşun adı 2016-cı ildə prezident seçkilərində mümkün namizəd kimi hallalnırdı[9][10][11][12]. 16 dekabr 2014-cü ildə C. Buş seçkilərdə iştirak edəcəyi barədə bəyanat verdi.[13]