Cedrus libani

Livan sidri (lat. Cedrus libani) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü.

Livan sidri
Elmi təsnifat
Beynəlxalq elmi adı

Vətəni kiçik Asiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır.

Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir.

Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır.

Üfüqi böyüyən budaqları yaxşı kölgə verir. Oduncağı çox möhkəmdir, ona görə də qədimdə bu ağac sarayların tikintisində istifadə edilirdi. Onun oduncağında qatran yolları yoxdur, möhkəm, ətirli, yüngül və çox yumşaqdır. Bu xüsusiyyətlərinə görə o, gəmi tikintisində və mebel düzəldilməsində istifadə edilir. Yavaş böyüyür, ancaq uzunömürlüdür. Mədəni şəraitdə bu növ 1683-cü ildən yetişdirilir. Çoxlu sayda dekorativ formaları vardır. Bağ-park salınmasında qiymətli material hesab olunur. Tək və kiçik qruplar da əkilmək üçün məsləhət görülür. Azərbaycanda bəzi yerlərdə rast gəlinir. Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Abşeronun yaşıllaşdırılmasında böyük əhəmiyyət kəsb edir.