Celosia

Seloziya (lat. Celosia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.

Seloziya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bəzi növlərin hamaşçiçəkləri parlaq rəngdədir. Bununla bitkinin latınca adı izah olunur və yunancadan "alovlanan" kimi tərcümə edilir. Məlum 60 növdən gülçülükdə birindən istifadə olunur. Gümüşü seloziyanın (C.argentea) 2 forması məlumdur:kəkilli gümüşü seloziya (C.argentea f. cristata) ya da xoruzpipiyi və lələkvari gümüşü seloziya (C.argentea f. plumosa). Bitkilər çiçəklərin formasına və rənginə görə fərqlənir. Kəkilli seloziyanın çiçəyi qırmızıdır, lələkvari seloziyada isə süpürgəvari sarı, gümüşü və ya qırmızı rəngdədir. Hər iki formanın vətəni Hindistandır. Gülçülükdə XVI əsrdən məlumdur. Seloziyanın bir növünün çiçəkləri pipik formasındadır. Buna görə bitki xalq arasında "xoruzpipiyi" adlanır. Seloziyanın toxumla çoxaldılması yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Cücərtilərin əkilməsi isti hava şəraitində aparılır.Bitkilər arasındakı məsafə 20-30 sm-dir. Respublikamızda xoruzpipiyinin 2 növündən gülçülükdə geniş istifadə olunur.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Lepiphaia Raf.
  • Lophoxera Raf.
  • Nevrolis Raf.
  • Sukana Adans.