Cənub dağdağanı (lat. Celtis australis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü.
Cənub dağdağanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Cənub dağdağanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cənubi və Orta Avropada, Kiçik Asiyada, Şimali Afrikada, Əfqanıstanda yayılmışdır.
Hündürlüyü 15-20 m-ə qədərdir, çətiri geniş, gövdəsinin qabığı boz rəngli, hamardır. Cavan zoğları yaşılımtıl rənglidir. Yarpaqları yumurtavari, qalın, tünd-yaşıl rəngli, qısa saplaqlıdır. Aprel ayında çiçəkləyir, meyvələri sentyabr ayında yetişir. Toxumla çoxaldılır.
Şaxtaya, istiyə davamlıdır. Torpağa tələbkar deyil.
Böyük və Kiçik Qafqazda, cənub bölgəsində rast gəlinir.
Çiçəkləmə və meyvələrin yetişməsi dövründə çox dekoratıv görünür. Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə edilir.