Çin dağdağanı (lat. Celtis sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin dağdağan cinsinə aid bitki növü.
Çin dağdağanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Çin dağdağanı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Amerika, Çin, Yaponiya, Koreya və Rusiyada təbii halda yayılmışdır.
Hündürlüyü 20 m-ə çatan, oval formalı çətirə malik ağacdır. Yarpaqları yumurtavari, ucu sivri, qaidəsi enli, tünd-yaşıl rəngdədir, üstdən hamar, altdan isə çılpaq olur, torşəkilli damarları aydın görünür. Aprel ayında çiçəkləyir, oktyabrda isə meyvəsi yetişir. Meyvəsi tünd-çəhrayı rəngdədir. Ancaq payızda təzə yığılmış toxumlar vasitəsilə artırılır.
Quru, daşlı torpaq şəraitində bitir.
Böyük Qafqazda rast gəlinir. Azərbaycanda dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur.
Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.