Centranthus ruber

Centranthus ruber (lat. Centranthus ruber) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin centranthus cinsinə aid bitki növü.

Centranthus ruber
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Centranthus ruber DC.

Cinsin adı yunanca "gül" və "mahmız" sözlərindən götürülmüşdür. Çiçək tacının bünövrəsindəki şişə görə ona bu ad verilmişdir. Gülçülükdə bu cinsin əsasən 3 növündən istifadə olunur. Yaşıllaşdırmada əsasən Qırmızı kentrantus - C. ruber növü geniş yayılmışdır. Bu çoxillik ot bitkisinin hündürlüyü 90 sm-ə qədər çatır. Ətirli çoxsaylı gülləri qalxanşəkilli çiçək qrupunda toplanmışdır. Gülün çiçək rəngli - ağdan al-qırmızıya qədər tacı müxtəlif ola bilər. Qırmızı kentrantus 1557-ci ildən gülçülükdə istifadə edilir. Rusiyanın cənub rayonlarında təbii halda bitir. Kentratusun toxumları küləklə tez yayılır. Onları yığmaq üçün bitkini toxumları tam yetişənə qədər kəsmək və altına kağız salınmış qidalı məhlul olan qaba qoymaq lazımdır. Bu halda kağız üzərinə tökülən toxumları yığmaq asan olur. Toxumları sentyabrda açıq torpağa əkirlər. Əmələ gələn cücərtiləri qışda iynəyarpaqlarla ya da yarpaqlarla örtürlər. Toxumları yazda şitilliyə səpmək, sonra cücərtilərin üstünü açıq sahəyə köçürmək olar. Gözəl görünüşlü bu bitkidən gülçülükdə istifadə etmək məqsədəuyğundur.