Cephalaria gigantea

Nəhəng qantəpər (lat. Cephalaria gigantea)[1]qantəpər cinsinə aid bitki növü.[2]

Nəhəng qantəpər
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündürlüyü 150–200 sm, gövdəsi düzduran, şırımlı, çılpaq və ya qısa tüklü, aşağı hissədə aşağı yönəlmiş sərt tüklərlə sıx örtülü, adətən yuxarı hissədə budaqlanan çoxillik ot bitkisidir[3].

Yarpaqları qarşı-qarşıya düzülmüşdür, sadədir, liraşəkilli-lələkvari bölünmüşdür; seqmentlər yarpaq oxuna tədricən birləşmiş, uzunsov-neştərşəkilli və ya uzunsov-ovaldır, kənarları sivri iri-mişarvaridir, üst tərəfdən çılpaq, tünd-yaşıl rəngli, alt tərəfdən sıx tüklü və ya demək olar ki, çılpaqdır, yuxarı seqmenti yandakı seqmentlərdən azacıq iridir[3].

Başcığın diametri 3–4 sm-dir, uzanmış çiçək oxu üzərində təkdir; kənar çiçəklər başcıqda çoxalmışdır. Tac kükürd-sarı rəngdədir, xaricdən tüklüdür[3].

Çiçəklənməsi iyul-avqust, sentyabr aylarında olur. Meyvə verməsi avqust-sentyabrdadır[3].

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə və dağ çəmənlərində rast gəlinir[3].

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Yaxşı balverən bitkidir. Boyaq məqsədilə istifadə olunur. Xalq təbabətində çiçəklərindən alınan məlhəm soyuqdəymə zamanı istifadə olunur[3].

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Meşədə, dağ çəmənlərində bitir.[4]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 1 2 3 4 5 6 Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016
  4. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019