Ceraldın oyunu (ing. Gerald's Game) — 2017-ci ildə rejissor Mayk Flanaqan tərəfindən çəkilmiş və Flanaqan ilə Ceff Hovard tərəfindən müştərək formada süjet xətti yazılmış psixoloji qorxu triller filmidir. Film Stiven Kinqin 1992-ci ildə qələmə aldığı eyniadlı romanı əsasında çəkilmişdir və uzun müddət bu filmin ekranlaşdırılması qeyri-mümkün hesab edilmişdir.[1] Karla Qucino və Brus Qrinvud öz tətilləri üçün şəhərdən uzaqda olan gizli bir evə getmiş evli cütlüyü canlandırırlar.[2] Əri qəfil infarktdan öldükdən sonra, yanında açarları olmayan və xilas olmaq ümidi az olan əli çarpayıya qandallanmış qadın daxilindəki şeytanlarla mübarizə apararaq sağ qalmağın yolunu tapmağa çalışır.
Ceraldın oyunu | |
---|---|
ing. Gerald's Game | |
Janr | triller filmi, qorxu filmi, roman ekranlaşdırması[d] |
Əsas mövzu | Uşaqların cinsi istismarı |
Rejissor | Mayk Flanaq |
Prodüser | Trevor Meysi |
Ssenari müəllifləri |
Roman: Stiven Kinq Ssenari: Ceff Hovard Mayk Flanaq |
Əsaslanır | Ceraldın oyunu |
Baş rolda |
|
Operator | Maykl Fimonyari |
Bəstəkar | Nyuton qardaşları |
Distribütor | Netflix |
İlk baxış tarixi | 2017 |
Müddət | 103 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
IMDb | ID3748172 |
Ceraldın oyunu filminin dünya premyerası 19 sentyabr 2017-ci ildə BFI Southbank-da baş tutmuş və Netflix tərəfindən 29 sentyabr 2017-ci ildə yayımlanmışdır. Film Quqinonun performansını yüksək qiymətləndirən tənqidçilərdən çox müsbət rəylər almışdır. Flanaqanın rejissorluğu, filmin mövzuları və işlənmə dərəcəsi də xüsusilə seçilmişdir. Filmin Rusiyada premyerası 28 sentyabr 2017-ci ildə baş tutmuşdur.[3]