Ser Cerald Vilyam Latberi (ing. Sir Gerald William Lathbury; 14 iyul 1906[1][2] – 16 may 1978[1][2]) — Britaniya dövlət xadimi və hərbi lider, Cəbəllüttariq qubernatoru (1965–1969). O, İkinci Dünya müharibəsi illərində döyüşmüş, Britaniya Ordusunun hava-desant qüvvələrində fərqlənərək Siciliya, İtaliya və Hollandiyada 1-ci Paraşüt Briqadasına komandirlik etmişdir.[3]
Cerald Latberi | |
---|---|
ing. Gerald Lathbury | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyul 1906[1][2] |
Vəfat tarixi | 16 may 1978[1][2] (72 yaşında) |
Təhsili |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Mənsubiyyəti | Birləşmiş Krallıq |
Qoşun növü | Britaniya Ordusu[d] |
Döyüşlər | |
Rütbəsi | general[d] |
Ser Cerald Vilyam Latberi 14 iyul 1906-cı ildə Britaniya Hindistanının Murri şəhərində hərbçi, polkovnik Oskar Latberinin ailəsində anadan olmuşdur. O, Vellinqton Kollecini və Sandherst Kral Hərbi Kollecini bitirmişdir. Latberi 1926-cı ildə Oksfordşir və Bukingemşir Yüngül Piyada Ordusuna daxil olmuşdur.[4][5] O, 1928–1932-ci illərdə Kral Qərbi Afrika Sərhəd Qüvvələrində (Kot-d'İvuar), 1937–1938-ci illərdə Kemberlidə Britaniya Ordusu Qərargah Kollecində yenidən hazırlıq keçmişdir.[5] Latberi 4 fevral 1929-cu ildə leytenant rütbəsinə yüksəlmişdir,[6] O, 21 mart 1938-ci ildə kapitan olmuşdur. Latberi 8 yanvar 1939-cu ilin yanvarında 8-ci piyada briqadası ilə briqada mayoru olmuşdur.[7]