Cerastium

Dəlicincilim (lat. Cerastium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.

Dəlicincilim
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bu cinsin adı yunancada keras- "buynuz" sözündən yaranmışdır. Yer kürəsində bitən 60 növ birillik və çoxillik bitkisi məlumdur. Yaşıllaşdırmada onların təxminən 15 növündən istifadə olunur. Bibersteyn dəlicincilim (Krım edelveysi) (C.bibersteinii) hündürlüyü 25 sm-ə çatan, gövdəsi sürünən bitkidir. Düz çiçəkləri yarımçətirə yığılmışdır. Ağ çiçək tacının diametri 1,5 sm-dir. Bu bitkinin vətəni Krımdır. 1820-ci ildən gülçülükdə istifadə olunur. Dəlicincilim qışa azdavamlıdır, yarpaqları kül rəngli tüklərlə örtülmüş keçəli dəlicincilim (C. tomentosum) növü də məlumdur. Dəlicincilimi kolun bölünməsi ilə çoxaltmaq məqsədəuyğundur. Bitkinin köçürülməsi üçün ən azı 4 yaşı olmalıdır. Dəlicincilimi qələmlə də çoxaltmaq mümkündür. Yaşıl qələmlər torpaqda kök salır. Toxumla çoxaltdıqda toxumları payızda torpağa əkirlər. Yazda əmələ gələn cücərtiləri daimi yerə köçürmək olar. Azərbaycanda cinsin 25 növü bitir.