Cerasus vulgaris

Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Adi albalı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir.

Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.

Yarpaq və meyvədə taninlər, üzvi turşular, saxaroza, boyayıcı maddələr, efir yağı, qlikozidlər, limon turşusu var. Meyvələri yeyilir, həmçinin soyuqdəyməyədə, iştahanı artıran vasitə kimi istifadə olunur.

Albalı meyvəsinin tərkibində 14 %-ə qədər şəkər, 2,5 %-ə qədər üzvi turşular (alma, limon və s.), aşı maddəli, pektin, zülal və mineral maddələr vardır. Albalının sortundan asılı olaraq o, iyun ayından başlayaraq avqustun axırına qədər yetişmə dövrü keçirir. Bu dövrdə meyvələrini toplayıb, həm təzə dərilmiş halda, həm də kampot, mürəbbə, şirə hazırlayıb istifadə edilir. Albalı və ondan hazırlanan mürəbbə böyrək və sidik yolları xəstəliklərində, xüsusən sidik yollarında daş bağlayan zaman çox faydalıdır. Həmçinin o, xroniki mədə-bağırsaq xəstəliklərində mədənin həzmetmə prosesini yaxşılaşdırır, orqanizmdə gedən maddələr mübadiləsini tənzim edir və iştahanı artırır.

İstilərlə birlikdə bədəndə olan tərləmə ilə yüksək nisbətdə maye və mineral itkisi meydana gəldiyini ifadə edən mütəxəssislər, bu itkini balanslaşdırmaq üçün bol miqdarda maye istehlak edilməsini təklif edir. Tərkibində olan A, E və C vitaminləri ilə yanaşı bol miqdarda antioksidan maddə olan albalı suyunun xüsusilə yaz dövründə hər kəs tərəfindən istehlak edilməsi lazım olduğu ifadə edilir.

Albalı suyu bədənin müqavimətini artırdığını yazan ekspertlər, kalium, kalsium və fosfor səbəbiylə də xüsusilə qızdırma kimi xəstəliklərə qarşı bir qalxan meydana gətirdiyinə diqqət çəkir.

Albalı suyunun antioksidan xüsusiyyətləriylə diqqət çəkən üzüm suyu məhsulları və tünd şokolad kimi bilinən məhsulları geridə buraxdığı söylənilir. Təyin olunan ən yüksək antioksidan xüsusiyyətə sahib 50 qida arasında 14 cü sırada iştirak edən albalı suyunun istehlakının, yaz aylarında düşən müqaviməti artırmaq üçün də əhəmiyyətli olduğunu vurğulanır.

Albalı suyunun ayrıca, müxtəlif mikrob və toksinlərə qarşı bədəni qoruyucu təsirə sahibdir. Albalı meyvəsi, şiş atılmasının, mədə və qaraciyərin nizamlı işini də təmin edir.

Albalının son illərdə şirəsi şəkər xəstəliyinin ilk dövründə şəfaverici dərman kimi işlədəlir.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 474–475.