Cevat Çobanlı

Cevat Çobanlı (türk. Cevat Çobanlı; 14 sentyabr 1870, İstanbul13 mart 1938, İstanbul) — Osmanlı ordusunun hərbi komandiri, Osmanlı İmperiyasının Müharibə naziri və Türk ordusunun generalı olmuşdur.

Cevat Çobanlı
Şəxsi məlumatlar
Doğum tarixi 14 sentyabr 1870(1870-09-14)
Doğum yeri
Vəfat tarixi 13 mart 1938(1938-03-13) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d],
  • Qalatasaray liseyi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1891-ci ildən
Rütbəsi general
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1870-ci ildə İstanbulda Şakir Paşanın və Əminə xanımın ailəsində doğulmuşdur.[2], İstanbul – ö. 13.03.1938[3]

Qalatasaray Liseyi bitirdikdən sonra 1888-ci ildə daxil olduğu Hərbi məktəbi 1891-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. 1892-ci ildə daxil olduğu Hərbi akademiyanı 1894-cü ildə kapitan rütbəsi ilə bitirmişdir. 1894–1900 illəri arasında "Sultan Yaveri" adı ilə Maiyet-i Şeriye Ərkani Hərbində xidmət etmişdir. Eyni zamanda, zəlzələrdən zədələnmiş hərbi binalarını təmir etməyə çalışırdı. 1895-ci ilin 26 avqustunda Orleanda təşkil edilən Fransız ordusunun manevrlərində iştirak etmək üçün Parisə getdi. Burada dörd il qaldıqdan sonra 1899-cu ilin 7 fevralında Bolqarıstana və elə həmin ildə Haaqada təşkil edilən Silahların Qadağan olunması-Silahsızlanma Konfransına göndərildi. 1905-ci ildə Ədirnə rəhbərliyinin tərkibində Tophane-i Amiredəki müəssisədə xidmət etmişdir. 1907-ci ildə təşkil olunan yeni təşkilata dəstək olmaq üçün 4-cü orduda xidmət etmişdir.

1909–1910-cu illərdə Hərbi Akademiyanın komandiri vəzifəsində çalışıb. 1910-cu ilin iyulunda Almaniyaya səfər etdi. Hərbi bacarıqları sayəsində orduda vəzifəsi sürətlə yüksəldi. 1911-ci il və 1912-ci ilin yanvarında 1-ci Ordu Baş Qərargah rəisi təyin olundu. Bundan sonra, o, 1911-ci ilin may ayında İngiltərənin kralının tacqoyma mərasimində iştirak etmək üçün Vəliəhd Yusif İzzəddin Əfəndinin iştirakı ilə Londona getdi.

Balkan müharibələri

[redaktə | mənbəni redaktə et]

Londondan geri qayıtdıqdan sonra 1912–1913-cü illərdə Şərq Ordusu Baş qərargah rəhbəri olaraq Balkan müharibələrində və Çatalca ordusunun Topçu Komandirliyi Qərargah rəhbəri olaraq vəzifəsini icra etdi. 1913–1914 illər arasında müharibədən sonra 9-cu bölmə komandiri oldu və iki dəfə Osmanlı-Bolqarıstan Sərhəd Komissiyasının sədri təyin edildi.

Malta sürgünü

[redaktə | mənbəni redaktə et]

Cevat Çobanlı 16 mart 1920-ci ildə İstanbulu işğal edən Britaniya qüvvələri tərəfindən həbs edilib Bəkirağa bölgəsində bir həftə saxlanıldıqdan sonra martın 22-də hərbi bir gəmidə Maltaya göndərildi.

Türkiyə İstiqlaliyyət müharibəsi

[redaktə | mənbəni redaktə et]

23 oktyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisiİngiltərə hökuməti arasında imzalanan razılaşması əsasında 15 yanvar 1922-ci ildə Türkiyəyə geri dönərək Ankaraya gəldi. 9 fevral 1922-ci ildə Diyarbəkirdə yerləşən Əl-Cəzirə bölgə qərargahına təyin edildi. 21 oktyabr 1922-ci ildə yenidən qurulan 3-cü Ordu Müfəttişliyinə təyin edildi. 31 oktyabr 1922-ci ildə bu vəzifədən istefa etdi və Elazığın millət vəkili oldu.

  1. 1 2 http://www.navyingallipoli.com/ottomanside.html.
  2. Mesut Aydın, Türkiye ve Irak Hudûdu Mes'elesi, Avrasya Stratejik Araştırmalar Merkezi Yayınları, 2001, p. 53. Arxivləşdirilib 2016-06-03 at the Wayback Machine
  3. T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademlerdeki Komutanların Biyografileri, Genkurmay Başkanlığı Basımevi, Ankara, 1972, p. 22.  (türk.)