Ceyş əl-Mühacirin vəl-Ənsar

Ceyş əl-Mühacirin vəl-Ənsar (ərəb. جيش المهاجرين والأنصار‎ Mühacirlər və Dəstəkçilər Ordusu) — Suriya vətəndaş müharibəsinin iştirakçısı olan silahlı birləşmə. Keçmiş adı olan «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adıyla da tanınır.

Ceyş əl-Mühacirin vəl-Ənsar
ərəb. جيش المهاجرين والأنصار
Loqonun şəkli
Növü Hərbi birləşmə
Yaranma tarixi 2012
Mərkəzi Hələb, Suriya
Qurucusu
Sədr Əbu Ömər əl-Şişani (2012-ci ilin yayından 2013-cü ilin qışına kimi)
Üzvləri Əbu Yəhya əl-Azəri
(Azərbaycanlılardan ibarət dəstənin komandiri)
Seyfullah Şişani
(komandir)
fisyria.com

Silahlı qruplaşma etnik çeçen Əbu Ömər əl-Şişaninin başçılığı ilə «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») adı altında 2012-ci ilin yayında yaradılıb.

2013-cü ilin mart ayında isə suriyalı islamçı Kətibət Xəttab və Ceyş Muhəmməd qruplaşmaları ilə birləşən «Mühacirlər Briqadası» («Kətibət əl-Mühacirin») «Ceyş əl-Mühacirin vəl-Ənsar» («Mühacirlər və Dəstəkçilər Ordusu») adını alıb.[1]

Qruplaşmanın tərkibi

[redaktə | mənbəni redaktə et]

Əsasən çeçen, azərbaycanlı, dağıstanlı və digər Qafqazlı döyüşçülərdən təşkil olunan qruplaşmada digər MDB ölkələrindən olan döyüşçülərə də rast gəlinir.[2]

2013-cü ilin sentyabr ayında Rusiya Federal Təhlükəsizlik Xidməti rəsmisinin bildirdiyinə görə Suriya vətəndaş müharibəsində döyüşmək üçün 300-400 Rusiya vətəndaşı ölkəni tərk edib.[3]

  1. "Chechen commander forms 'Army of Emigrants,' integrates Syrian groups". Long War Journal. 28 Mart 2013. 2013-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-12.
  2. "Tajik, Kazakh, and Russian fighters killed in Syria". Long War Journal. 4 April 2014. 7 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2014.
  3. ФСБ: в Сирии воюют 300-400 наемников из России Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine.

İraq və Şam İslam Dövləti