Çey müqaviləsi (ing. Treaty Jey).İngilislərlə ABŞ arasında 1794-ci ilin 19 noyabrında London şəhərində dosluq,ticarət və dənizçilik haqqında müqavilə imzalanmışdır. ABŞ-ni Con Çey, Böyük Britaniyanı işə xariçi işlər naziri lord Qrenvil təmsil edirdi. Xüsusi nümayəndə isə Hamilton idi.
Cey müqaviləsi | |
---|---|
İmzalanma tarixi | 19 noyabr 1794 |
İmzalanma yeri | |
Tərəflər | Con Cey |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük Britaniya Fransa ilə müharibə ərəfəsində bütun neytral gəmilər saxlanılaraq yoxlanılır və ya yükləri boşaldılırdı. Bu Amerika gəmilərinə də şamil idi. Buna cavab olaraq konqres britaniyalılarla bütün ticari əlaqələri kəsməyi qərara alır. Hətta Britaniya ilə müharibə də aktuallaşır. Ancaq Corc Vaşinqton məsələni sülh yolu ilə həll etmək niyyətində idi. Bu anlaşmada Paris sülh müqaviləsində nəzərdə tutan bütün müddəaların öz təsdiqini tapması da nəzərdə tutulurdu.
Bu müqaviləni hec də bərabər hüquqlu hesab etmək olmaz. Belə ki amerikalılar Britaniyaya məxsus çaylarda və Hudzon körfəzində üzmək qadağan edilirdi. Britaniyalılar isə həm dəniz, həm də çay limanlarında sərbəst ticarət hüqüqu əldə edirdi. ABŞ-yə Vest Hindlə ticarətə icazə verilir. Ancaq ticarət 70 tonluq tutumda böyük gəmilərlə aparıla biləz, üstəlik ticarət predmeti yalnız pambıq və şəkər ola bilərdi.Missisipi çayı hər iki ölkənin ticarət gəmiləri üçün azad ticarət zonası idi. Şübhəli gəmilərin yoxlanması konsullara həvalə edilirdi. 1783-cü il müqaviləsinin şərtlərinə əməl edilərək ABŞ-nin şimalındakı limanlar 1 iyun 1786-ci ilə qədər ingilislər tərəfindən boşaldılmalı idi. ABŞ-yə Britaniya nəzarətindəki koloniyalarla ticarət hüququ verilirdi.Kanada ABŞ sərhədinin müəyyənləşməsi bu müqavilədə nəzərdə tutulmasa da, onun həlli üçün ümumi komissiya yaradılır. Hər iki tərəf müharibələrin gedişində bir-birinə vurduğu zərəri ödəməyi öhdəsinə götürür. Hətta Britaniya bu məqsədlə 1802-ci ilin yanvarın 8-də ABŞ-yə 600 min funt-sterling ödəyir. Ost-Hind şirkəti ilə yanız müəyyən çərçivələr qaxilində ticarət etmək hüququ verilir. Müqavilə müəyyən təpgilərə tuş gəlir. Ancaq Corc Vaşinqton və Hamiltonun təziqi 24 iyun 1795-ci ildə konqresdə ratifikasiya edilir. ABŞ Vest-Hindlə bağlı məsələdə istədiyinə nail olur. Kanada ilə sərhədin tam dəqiqləşdirilməsi prezident Ceksonun dönəmində 1830-cu ildə Vebster-Aşberton müqaviləsinə əsasən tam çözülür.