Ceyhun Həsən oğlu Abbasov (4 iyul 1972, Naxçıvan) — "Avrora Qrup" unun prezidenti, Ölkənin iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə "Tərəqqi" medalına[1] layiq görülüb.[2]
Ceyhun Abbasov | |
---|---|
Ceyhun Həsən oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycan |
Dini | islam |
İxtisası | Mühəndis-elektronik konstruktor |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Fəaliyyəti | biznesmen |
Mükafatları |
1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub. Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini "Mühəndis-elektronik-konstruktor" ixtisasını üzrə təhsil alıb . 1992-ci ildən etibarən bizneslə məşğuldur. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfransları seminarlarında iştirak edib. Hazırda fəaliyyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un[3] prezidenti kimi davam etdirir.[4]
Ailəlidir, iki övladı var.
Ceyhun Abbasov "Avrora Qrup" unun prezidenti kimi fəaliyyət göstərir.[5] Onun fəaliyyət istiqaməti əsasən sənaye mərkəzində fəaliyyət göstərən zavodlarda İsveçrənin "Buhler", İtaliyanın "İmaforni", "CFT" avadanlıqları qurulması və makaron fabrikində İtaliyanın "Favo", vafli zavodunda Avstriyanın "Frans Haaz" şirkətinə məxsus avadanlıqlar qurulmasında dəstək göstərmək və taminat işlərinin yüksəldilməsindən ibarətdir.[6] Ceyhun Abbasov 2017-ci ildə dəyirman kompleksini ölkəmizə gətirərərk istismara vermişdir. Bu kompleksdə Avstriyanın Buhler avadanlıqları quraşdırılıb. Bu kompleks yeni makaron zavodu və biskvit zavodu üçün un istehsal etməklə yanaşı, digər partnyor şirkətlərin istehsal müəssisələrini xammalla təmin edir. Dəyirmanın aylıq un istehsal gücü 6500 tondur. Zavodda əhalinin tələbatını ödəmək üçün 1, 2 və 5 kiloluq paketlənmiş un istehsal olunur.[7]
Ölkə qarşısında göstərdiyi xidmətlərinə görə 2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi" medalına layiq görülüb.[8]