Ceyhun Cəlilov

Ceyhun Ramiz oğlu Cəlilov (1987, Şahbuz) — Azərbaycan iqtisadçısı və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Baş naziri (2024-cü ildən), Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri (2023–2024).

Ceyhun Cəlilov
Vəzifədədir
25 aprel 2024-cü ildən
ƏvvəlkiSəbuhi Məmmədov
bayraq
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
bayraq2
15 mart 2023 – 25 aprel 2024
ƏvvəlkiNicat Babayev
SonrakıFərid Bağırzadə (i. e.)
Şəxsi məlumatlar
Doğum tarixi 1987
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi

Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olmuşdur. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə magistratura pillələrini bitirmişdir. 2013-cü ildə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini başa vurmuş, ardınca İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunda (CIMA) Strateji idarəetmə səviyyəsi üzrə təhsilini davam etdirmişdir.[1]

Ceyhun Cəlilov 2011–2013-cü illərdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq Təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013–2021-ci illərdə isə "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışmışdır. 1 mart 2021-ci ildə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin idarə heyəti sədrinin müşaviri, 13 avqust 2021-ci ildə isə idarə heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.[1]

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmuşdur.[2] 25 aprel 2024-cü ildə bu vəzifədən azad edilərək[3] Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilmişdir.[4]

  1. 1 2 "Naxçıvanda naziri nazir müavini təyin etdilər". APA TV. 2023-03-16. 2024-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  2. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı". Şərq qapısı. 2023-03-16. 2023-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-25.
  3. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı". Şərq qapısı. 2024-04-25. İstifadə tarixi: 2024-04-25.
  4. "C. R. Cəlilovun Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı". Şərq qapısı. 2024-04-25. İstifadə tarixi: 2024-04-25.