Esseks Universiteti ― İngiltərənin Esseks şəhərində yerləşən dövlət tədqiqat universiteti.
Esseks Universiteti | |
---|---|
University of Essex | |
51°52′42″ şm. e. 0°56′57″ ş. u.HGYO | |
Şüar |
ing. Thought the harder, heart the keener azərb. Düşüncə sərt olduqca, ürək kəskin olar |
Əsası qoyulub | 1965 |
Tip |
Dövlət universiteti Tədqiqat universiteti |
Şəhər | Esseks |
Ölkə | |
Ünvan | Vivenho parkı, Kolçester CO4 3SQ |
Rənglər | |
Sayt | essex.ac.uk |
Vikianbarda əlaqəli mediafayllar |
1959-cu ildə Esseks Şəhər Bələdiyyəsi bölgədə bir ali təhsil qurumunun yaradılması istiqamətində verilmiş təklifi qəbul etdi və 1963-cü ildə ilk professorların təyinatı ilə universitetin əsası qoyuldu.[1] 1965-ci ildə kral imtiyaznaməsi alan ali təhsil müəssisəsi, 1964-cü ildən ilk tələbələrini qəbul etmişdir. Esseks Universiteti 1961–1965-ci illərdə Birləşmiş Krallıqda təsis edilən "Plitə şüşə universitetləri" kateqoriyasına aid edilir.[2]
Esseks Universiteti təlim-tədris keyfiyyətinə görə Birləşmiş Krallıq hökuməti tərəfindən tərtib olunmuş "Tədris Mükəmməlliyi Çərçivəsi"nə görə qızıl kateqoriyada yerləşir.[3] Birləşmiş Krallıq üzrə milli sıralamada ilk 30 ali təhsil müəssisəsi arasında yer alan Esseks Universiteti,[4] qlobal miqyasda isə The Higher Education jurnalının 2022-ci ildə dərc edilmiş sıralamasında ən nüfuzlu 350 universitet sırasındadır.[5]
Universitetin 3 fakültə nəzdnində humanitar, sosial elmlər və elm və səhiyyə sahəsini əhatə edən 21 məktəb və departamentdə təhsil alan 15 minə yaxın tələbəsi vardır. Ümumən Esseks Universitetinin beynəlxalq səviyyədə 16 akademik tərəfdaşlığı mövcuddur.[6] Universitetin əsas kampusu Esseksin hüdudları daxilindəki Kolçester şəhərindəki Vivenho Parkında, digər iki kampusu isə Sausend və Lauton şəhərlərində yerləşir.
Müxtəlif sahələrdə görkəmli şəxsiyyətlər yetişdirən Esseks Universitetinin məzunları sırasında Kosta Rika prezidenti və Nobel Sülh mükafatı lauratı Oskar Sançes, İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Xristofor Pisserides, Böyük Britaniya İcmalar palatasının spikeri Con Berkau, İraqın xarici işlər naziri Hoşyar Zəbari, Birləşmiş Krallığın daxili işlər naziri Priti Patel və Yunanıstanın maliyyə naziri Yanis Varufakis də vardır.