Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Ceyhun Arif oğlu Dadaşov — Azərbaycan rejissoru və aktyoru.
Ceyhun Dadaşov | |
---|---|
Ceyhun Arif oğlu Dadaşov | |
Doğum tarixi | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Nargilə Qəribova |
Fəaliyyəti | rejissor - aktyor - pedaqoq |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyhun Dadaşov 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1990–2000-ci illərdə Sumqayıt şəhər 33 saylı orta məktəbdə təhsil almış, 2000–2004-cü illərdə Azərbaycan Dövlət Mədədniyyət və İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasının bakalavr səviyyəsini, 2004–2006-cı illərdə isə Teatr rejissoru ixtisasının magistr pilləsini bitirmişdir. 2000–2003-cü illərdə Sumqayıt şəhər "Dostluq" mədəniyyət evində "Dram dərnəyinin rəhbəri", 2003–2004-cü illərdə həmin mədəniyyət evində "Dram dərnəyinin rejissoru" vəzifələrində çalışmışdır.
6 mart 2003-cü ildən — 2014-cü ilə qədər Dövlət Pantomima Teatrının aktyorvəzifəsində çalışmış və eyni zamanda elə həmin tearda rejissoru fəaliyyəti ilə də məşqul olmuşdur. O, M. Musabəyov "Şəngül, Şüngül, Məngül" – (Məngül, Kupa), Ç. Aytmatov "Manqurt" – (Juanjuan döyüşçüsü), B. Xanızadə "Zibillik pərvanələri" – (Hamlet, Skripkaçı), B. Xanızadə "Eşq" – (Ulduz, Vərəq), Z. Zeynalov "Maska" -(Üçbucaq), A. Kamyu "İnsan" -(Polis, Vəkil, Ərəb), B. Xanızadə "Kölgə" -(Sərxoş), A. Məmmədov "Korlar" – (Həyat)A. Ekzüperi "Balaca şahzadə" – (qızılgül), Şeyx Əttar "Uçuş" – (Saliq) və sairə tamaşalar da oynamış "Mən və Mən", Manqurt" kişi tamaşalara quruluş vermişdir.
2015-ci ildən etibarən – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, "SABAH" qruplarında – pedaqoq kimi fəaliyyət göstərərək — "Aktyor sənəti", "Səhnə hərəkəti", "Qılınc təlimi", "Səhnə döyüşü" kimi fənnləri tədris edir. Eyni zamanda 2017-ci ildən etibarən — Gənc Tamaşaçılar Teatrı (Plastik həll üzrə rejissor) və "Dövlət Uşaq Filarmoniyası"nda – Teatr studiyasının rəhbəri və rejissoru vəzifəsində çalışır.
2010-cu ildə "Dünya Gənclərinin Alyansı" ictimai birliyinin apardığı sorğuya görə 2009-cu ilin "Gənc İstdadlı Aktyor" nominasiyası üzrə qaliblərdən biri oldum və Fəxri. 2015 – "Fəxri Mədəniyyət işçisi" döş nişanı. 2017 – Sertifikat – XI Belnəlxalq yayteatr məktəbi. 2017 – Diplom (RF TXİ) – Peşəkar ixtisas təkminləşdirmə kurslarını müvəffəqiyyətlə bitirdiyi üçün.
C. Dadaşov Tatarstanda (Kazan 30 may-6 iyun 2005 "Nouruz" Türkdilli xalqların teatr festivalı) Türkiyədə (Trabzon 1 – 13 may 2006-cı il 7-ci uluslar arası Karadeniz tiatro festivalli) Rusiya (Moskva — "Bibliobraz" kitab festivalı) Misir (Qahirə 2008–9 oktyabar — 20 oktyabr "Eksperimental" teatr festivalı) Gürcüstan (2009, 15 – 19 iyun – Azərbaycan Mədəniyyət günləri) Gürcüstanda (2009, 3 – 7 oktyabr "Beynəlxalq Festival") İsveçrə (2009, 25 noyabr – 3 dekabr –Azərbaycan mədəniyyət günləri Türkiyə (2010, 26 mart-5aprel – 4 Ethos Ankara Uluslararası Tiyatro Festivalın) Avstriyanin (2011, noyabr 14–17 –Viana şəhərində "Azərbaycan Nar bayramı") Almaniya-Fransada (Berlin 2012 fevral –22 – 25 fevral, Paris – 25 – 28 fevral-Xocalı soy qırımı ilə bağlı) ölkələrində səfərdə olmuşam Rusiya (Moskva 03 – 06 noyabr, 2014-cü il_Azərbaycan Rusiya arası mədəni əlaqələr) İran (Təbriz şəhəri – "Təbrizim" IV Beynəlxalq küçə teatr festivalı – 2015-ci il) İran (Mərivan şəhəri – "Marivan meydan teatrı festivalın) Türkiyə (2016, Ankara Uluslararası Tiyatro Festivalın) İran (Təbriz şəhəri – "Təbrizim" V Beynəlxalq küçə teatr festivalı – 2018-ci il)kimi beynəlxalq fetivallarda iştirak etmişdir.
2015-ci ildə müstəqil Rebus Teatrı yaradıb 2019-cu ilə qədər ona rəhbərlik edib. 2015-2024-cü illərdə ADMİU da "Aktyor sənəti", "Səhnə hərəkəti", "Səhnə döyüşü", "Qılınc təlimi", "Plastika və pantomima" fənnlərindən dərs deyib. Dövlət Uşaq Filarmoniyasında "\Teatr studiyasının rejissoru, sonra isə Filarmoniyanın Baş rejissoru vəzifəsində, Bakı dövlət Sirkində isə janr üzrə artist və Bədii Rəhbər vəzifələrində çalışıb.
Bir çox teatrlarda dəvətlə tamaşalara plastik həllər verir.
2022-ci ildən etibarən Dövlət Pantomim Teatrında Quruluşçu rejissor vəzifəsində çalışır