Nazıyev Ceyhun Yaşar oğlu – Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor, texnika elmləri doktoru.[1]
Ceyhun Nazıyev | |
---|---|
Ceyhun Yaşar oğlu Nazıyev | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Fizika-riyaziyyat elmləri |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | Azərbaycan Dövlət Neft və Sənaye Universiteti |
Ceyhun Yaşar oğlu Nazıyev 1965-ci il martın 23-də Bakıda ziyalı ailəsində anadan olmuşdur.
1982-ci ildə orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olmuşdur.
1987-ci ildə ADU-nun (indiki BDU) fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmlər Akademiyasının "Dərin neft və qaz yataqlarının problemləri" institutuna göndərilmişdir. O, burada mühəndis, sonra kiçik elmi isşi vəzifəsində calışmışdır.
1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Universitetinin fizika kafedrasında aspiranturaya daxil olmuşdur. O, namizədlik dissertasiyasını 1990-cı ildə BDU-nun ixtisaslasdırılmış elmi şurasında müvəffəqiyyətlə mudafiə edib fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
1990-cı ildə Ceyhun Nazıyev Azərbaycan Təhsil Nazirliyinin göndərişilə ADNA-nın fizika kafedrasına assistent təyin edilmişdir. 1994-cü ildə həmin kafedrada dosent secilmişdir.
1997-ci ildə doktorluq dissertasiyası mudafiə edib, texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. İstilik fizikası sahəsində respublikada ən gənc elmlər doktoru Ceyhun Nazıyevdir. O, 32 yaşında texnika elmləri doktoru dərəcəsinə layiq görülmüşdür.[2]
Ceyhun Nazıyevin elmi işləri əsasən karbohidrogenlərin və başqa üzvi maddələrin sıxlığı, istilikkeçirməsi, dinamik özlülüyü və səs sürətinin öyrənilməsinə həsr edilmişdir. O, 110 elmi və tədris işlərinin, 3 monoqrafiya, 5 dərs vəsaiti, 3 metodik vəsaitin müəllifidir,[3] əsərlərinin əksəriyyəti yaxın və uzaq xarici ölkələrdə dərc edilmişdir. Xarici ölkələrdə kecirilən beynəlxalq konqress və simpoziumlarda dəfələrlə məruzələrlə cıxış etmişdir.
Elmdə qazandığı müvəffəqiyyətlərə görə o, 1996-cı ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
1998-ci ildə ADNA-nın fizika kafedrası üzrə mösabiqə yolu ilə professor vəzifəsinə seçilmişdir.
Ceyhun Nazıyev Dövlət Universititetinin nəzdində fəaliyyyət göstərən Müdafiə Şurasının üzvü olmuş və hal-hazırda Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunun nəzdində fəaliyyət göstərən müdafiə Şurasının üzvüdür.
2004-cü ildə professor elmi adını almışdır. Prof. C. Nazıyev 2002–2003 tədris ilində bir il müddətində ABŞ-nın Kanzas Universitetində ixtisasartırma kursunda olmuşdur.
2007-ci ildə Almaniyada (Elm üzrə) staj keçmişdir.
2010-cu ildə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır.