Nahidə-Leyla Məmmədova

Məmmədova Nahidə-Leyla Səid qızı (27 iyul 1934, Bakı23 yanvar 2016) — Azərbaycanlı musiqişünas, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nın əməkdar müəllimi.[1]

Nahidə-Leyla Məmmədova
Məmmədova Nahidə-Leyla Səid qızı
Doğum tarixi 27 iyul 1934(1934-07-27)
Doğum yeri
Vəfat tarixi 23 yanvar 2016(2016-01-23) (81 yaşında)
Elm sahəsi musiqişünas
Elmi adı
İş yeri Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbi
Tanınır Xurşudbanu Natəvanın nəticəsi
Mükafatları "Əmək veteranı" medalı
Azərbaycan SSR əməkdar müəllimi

Nahidə-Leyla Məmmədova 27 iyul 1934-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə bitirmişdir.

1960-cı ildən Milli Təhlükəsizlik Nazirliyinin orta ixtisas müsiqi məktəbində müəllim işləmiş N. Məmmədova, 1967-ci ildən 2016-cı ilə kimi bu təhsil ocağının direktoru olub. Əvvəllər kurs kimi fəaliyyət göstərmiş bu məktəb məhz Heydər Əliyevin təşəbbüsü ilə 1967-ci ildə orta ixtisas musiqi məktəbi statusunu almış və onun məsləhəti ilə də N. Məmmədova bu təhsil ocağına direktor təyin olunmuşdur.

1972-ci ildən N. Məmmədova Bakı Musiqi Akademiyasının metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında da fəaliyyət göstərib. 1977-ci ildən Azərbaycan Respublikasının əməkdar müəllimidir. Təhsil Nazirliyinin nəzdindəki Vahid Elmi-Metodik Şurada musiqişünaslıq bölməsində sədr müavini, sonradan isə üzvü kimi səmərəli fəaliyyət göstərmişdir. Musiqi müəllimlərinin hazırlanmasında böyük əməyi olan professor N. Məmmədova xüsusi pedoqoji hazırlıq fənnini böyük həvəs və məharətlə tədris edib. Bakı Musiqi Akademiyasında çalışan bir sıra dosent və müəllimlər də Naidə xanımın yetirmələridir.

1985-ci ildə Vilnus şəhərində keçirilmiş Ümumittifaq seminarda "Fortepiano sinfi üzrə yeni proqramın vacibliyi" məruzəsi ilə, 1986-cı ildə Lvov şəhərində keçirilmiş Ümumittifaq seminarda "Fortepiano əsərlərində səslənmə üzərində iş" məruzəsi ilə çıxış etmişdir.

N. Məmmədovanın təşəbbüsü və fəal iştirakı ilə 1989-cu ildə keçmiş SSRİ respublikaları arasında məhz Bakı Musiqi Akademiyasında "Xüsusi pedaqoji hazırlıq" tədris fənni açılaraq, ilk dəfə dövlət imtahanları keçirilməyə başlamışdır. 1990–1991-ci illərdə bu fənn üzrə dövlət imtahan komissiyasının sədri olmuşdur.

Nahidə xanım Azərbaycanda ilk dəfə olaraq "Fortepiano sinfi üzrə Proqram (I–XI siniflər)" dərsliyini hazırlamış, N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində musiqi kafedrasının açılmasının təşəbbüskarı olmuş və burada tədris edilən ilk dərsliyin redaktoru olmuş, həmçinin müxtəlif vaxtlarda burada keçirilən elmi konfranslarda da uğurla çıxış etmişdir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev, Sevil Əliyeva və digər tanınmış şəxslər də vaxtilə MTN-in orta ixtisas musiqi məktəbində Nahidə xanımın sinfində oxumuşlar. N. Məmmədova Milli Təhlükəsizlik Nazirliyinin, eyni zamanda ölkənin müvafiq təhsil ocaqlarının professor-müəllim heyətinin dərin hörmət və rəğbətini qazanmışdır.

Soyağacı

Mükafatları, təltifləri və fəxri adları

[redaktə | mənbəni redaktə et]

Dərs vəsaitləri

[redaktə | mənbəni redaktə et]
  • "Müəllim və şagird"
  • "Fortepianoda ibtidai tədris təlimi"
  • "Fortepiano əsərlərində səslənmə üzərində iş haqda"
  • "Fortepiano əsərlərində müşayiət üzərində iş"
  • "Musiqi məktəbində dərs"
  • "Fortepiano pedaqogikasında bəzi pedaqoji mülahizələr haqda"
  • "İfaçılıq texnikası üzərində işin növləri"
  1. Xurşudbanu Natəvanın nəticəsi, Azərbaycan Musiqi Akademiyasının professoru, Azərbaycan Respublikası MTN-nin ixtisaslaşdırılmış orta musiqi məktəbinin direktoru, AR-nin əməkdar müəllimi Naidə Seyid qızı Məmmədova [ölü keçid] (az.)
  2. "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2005-ci il tarixli, 1093 saylı Sərəncamı". e-qanun.az (az.). 10 noyabr 2005. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-11.