Nazıyev Yaşar Mövlud oğlu – professor, texnika elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi.
YAŞAR NAZIYEV | |
---|---|
Yaşar Mövlud oğlu Nazıyev | |
| |
Doğum tarixi | |
Doğum yeri | Saraçlı, Bolnisi, Gürcüstan |
Vəfat tarixi | (77 yaşında) |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Elm sahələri | İstilik-energetikası və fizikası |
Elmi dərəcəsi | Texnika elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Texniki Universiteti |
Mükafatları | |
Yaşar Nazıyev 1933-cü il may ayının 2-də Gürcüstan Respublikası Bolnisi rayonunun Saraçlı kəndində anadan olmuşdur. Natamam orta təhsilini Saraçlı orta məktəbində, tam orta təhsilini isə qonşu Faxralı kəndində almışdır.
1949-1954-cü illərdə Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsində oxumuş, ali təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra bir müddət mühəndis və Saraçlıda müəllim işləmişdir. Sonra Azərbaycan EA Energetika İnstitutunun aspiranturasına daxil olmuş, elmi işini Moskva Dövlət Azot Sənayesi və Üzvi birləşmələr İnstitutunda yerinə yetirmişdir.
1962-ci ildə Moskva Energetika İnstitutunda məşhur rus alimi professor İ.F.Qolubevin rəhbərliyi altında "Müxtəlif temperaturlarda və yüksək təzyiqlərdə doymuş karbohidrogenlərin istilikkeçirməsi" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.
Y.Nazıyev 1961-ci ildə professor İ.F.Qolubevlə birlikdə dünyada ilk dəfə olaraq böhran sahəsində maddələrin istilikkeçirməsinin ekstremal dəyişməsini müşahidə edərək bunu əsaslandırmışdır. Həmin ildə bu fenomeni amerika alimi Quldner və hollandiyalı alim Micels də bir-birindən xəbərsiz olaraq görmüşlər. O da maraqlıdır ki, hər üç ölkənin alimləri öz işlərini də bir-birindən xəbərsiz eyni vaxtda dərc etdirmişlər.
1971-ci ildə Moskvada "Yüksək təzyiqlərdə karbohidrogenlərin istilikkeçirməsinin tədqiqi və onun ölçülməsinin bəzi xüsusiyyətləri" mövzusunda doktorluq işini müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi almışdır.
Professor Y.Nazıyev uzun illər boyu Azərbaycan Texniki Universitetində "İstilik texnikası və istilik qurğuları" kafedrasına rəhbərlik etmişdir. O, nəinki çalışdığı universitetdə, həm də ümumiyyətlə Azərbaycan elmi ictimaiyyəti arasında ən istedadlı şəxslərdən biri hesab olunur. Y.Nazıyev əksəriyyəti ABŞ, İngiltərə, Almaniya, Rusiya, Rumıniya, Türkiyə və s. ölkələrdə dərc olunmuş 400-dən artıq elmi əsərin, bir neçə ixtiranın, monoqrafiyaların, "Texniki termodinamika" və "Maddələrin istilik fizikası" adlı dərsliklərin müəllifidir.
1995-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür. "Şərəf nişanı" ordeninə və H.Z.Tağıyev mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının Əməkdar elm xadimidir.
1. Alifatik spirtlərin özlülüyü. TFS (rus dilində). M.:1991, 82 s.
2. Biratomlu spirtlərin istilik xassələri (istilikkeçirmə) TFS (rus dilində). M.:1992, 112 s.
3. Maye və qazların istilikkeçirməsinin ölçülməsi. Bakı, Elm. 2001, 171 s.
4. Texniki termodinamika (dərslik). Bakı, Maarif. 1987, 304 s.
5. İstilikötürmə (dərslik). Bakı, Maarif. 1999, 451 s.
6. Azərbaycanda istilik-energetikasının tarixi və metodologiyası. Bakı. 2001, 200 s.
7. İstilik texnikası. Bakı, Təhsil. 2003, 370 s.
8. Maddələrin istilik fizikası. Bakı, təhsil. 2004, 478 s.
9. Tətbiqi termodinamika. Bakı, təhsil. 2007, 254 s.