Ceyms Barri

Ceyms Metyu Barri — yazıçı, nasir, dramaturq, Piter Pen əsərinin müəllifi, "Nobel" mükafatı laureatı.

Ceyms Barri
Ceyms Metyu Barri
Doğum adı James Matthew Barrie
Təxəllüsü Ceyms
Doğum tarixi
Doğum yeri Şotlandiya
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Təhsili
İxtisası yazıçı, nasir
Fəaliyyəti yazıçı, romançı, dramaturq, jurnalist, uşaq ədəbiyyatı yazıçısı, librettoçu, ssenarist
Fəaliyyət illəri 1883–1937
Əsərlərinin dili ingilis dili
Mükafatları "Xidmət" ordeni
İmza
jmbarrie.co.uk
Vikimənbənin loqosu Ceyms Barri Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Piter Pen" əsərinin müəllifi Ceyms Metyu Barri 9 may 1860-cı ildə çoxuşaqlı toxucu ailəsində anadan olub. 6 yaşında olarkən Ceyms Barrinin ailəsi dəhşətli faciə yaşayıb. Ceymsin böyük qardaşlarından biri -Devid- 14 yaşının tamam olmasına iki gün qalmış konki sürərkən həlak olub. Barrinin anası bu hadisədən sonra uzun müddət yataq xəstəsi olub.[2]

Yaranan psixoloji gərginliyi azaltmaq üçün Ceyms qardaşının kostyumlarını geyinir və gününün çox hissəsini anasının yanında keçirirdi. Anasının Ceymsə öz uşaqlığı haqqında söhbətləri sonradan Ceyms Barrinin "Marqaret Oqivli" və "Piter Pen" əsərləri üçün ilham mənbəyi olur. Anası Marqaret hələ uşaq ikən balaca qardaşlarına qayğı göstərmək məcburiyətində qalır. "Piter Pen" əsərində Marqaretin prototipi Vendidir.[3]

Ailəsi Ceymsin nazir olmasını istəsə də o, karyerasınını yazıçı olaraq qurmaqda israr edir və Edinburq Universitetinin ədəbiyyat şöbəsinə daxil olur. Yaradıcılığının ilk illərində o, qəzetlərə məqalələr yazırdı. Sonrakı illər isə o teatrlar üçün pyeslər yazmağa başlayır. 1894-cü ildə Ceyms Barri onun pyeslərində rollar ifa edən aktrisa Merri Ensellə ailə həyatı qurur, lakin Ceymsin ailəsi 1909-cu ildə dağılır, onlar ayrılırlar.[4]

Ceyms Barri İsveç romançısı və dramaturqudur. O, Londonda jurnalistlik fəaliyyəti ilə məşğul olub. Yaradıcılığa "Ölmək daha yaxşıdır" (1887) əsəri ilə başlayıb, "Balaca rahib" (1891), "Marqaret Oqilvi" (1894), "Balaca ağ quş" (1902), "Piter Pen Kensinqton həyətlərində" (1903), "Piter Pen" (1904) kimi pyeslərini yazıb.

1901-ci il Ceymsin yaradıcılığı üçün uğurlu il olur. O, "Kvoliti-strit" adlı pyesini yazır, lakin onun yaradıcılığına səs-küy salan başqa pyes olur…

Bu pyesin tarixi 1897-ci ildən başlayır. Londonun Kenqsinqton parkında Portos ləqəbli senbernarı ilə gəzişən Ceyms Barri Devis ailəsinin uşaqlarını (Corc, Cek və Piter) parkda gəzdirən dayə ilə tanış olur. Ceyms bu ailə ilə tez bir zamanda dostlaşır. Portos Ceyms Barrinin "Piter Pen" əsərində dayənin itinin proobrazına çevrilir. (Qeyd edək ki, Ceyms Barri Piter Pen obrazını yaratmaqla heçvaxt böyümək istəməyən bu obrazı həyatını 14 yaşında itirən qardaşına həsr edib.)[5]

Barri həm də uşaqları maraqlı əhvalatlar qurmağı, real aləmi sehirli nağıla çevirə bilməyi ilə heyran edir. Belə ki, o Corc və Devisə sirr olaraq bildirir ki, onların balaca qardaşları Piter əslində uça bilir, lakin Piter qardaşlarından fərqli olaraq Barriyə o qədər də bağlı biri deyildi. Məhz o (Piter) öz adını Ceyms Barrinin nağıl qəhrəmanına vermişdi. "Piter Pen"in ikinci adını və ya soyadını (Pen) yazıçı qədim yunan allahı Panın adından götürüb(Pan təbiət allahıdır). Piter Penin yarpaqdan olan papağı və məşhur fleytası da burdan götürülüb.[6]

Onu da qeyd etmək lazımdır ki, Barri həm də yeni adın "ixtiraçısıdır". Dəqiq desək onu Barrinin balaca dostlarından biri "ixtira" edib. O Barrini "friendly" (ing. mehriban) deyə çağırırdı, lakin sözü birbaşa deyə bilmədiyinə görə bunun əvəzinə "vendi" deyirdi. Ceyms Barrinin "Piter Pen" əsərinin uğurundan sonra bu ad qadınlar arasında məşhurlaşdı. Qeyd edək ki, Vendi "Piter Pen" əsərinin personajlarından birinin adıdır.[7]

Uşaqlarla görüşdən sonra Barri Devis ailəsinə qonaq çağırılır və uşaqların valideynləri – vəkil Artur və onun xanımı Silviya ilə tanış olur. Silviya yazıçını gözəlliyi ilə valeh edir , lakin onun həyat yoldaşı Arturu isə Barri bəyənmir. Yazıçı bunu "Piter Pen" əsərində aydın göstərir. Silviyaya qarşı Barrinin sevgisi platonik olaraq qalır.[8]

Yeri gəlmişkən onu da qeyd edək ki, 2004-cü ildə Mark Fosterin "Sehirli ölkə" adlı tammetrajlı filmində Ceyms Barrinin Devislərin ailəsi ilə münasibətləri yer alıb. Baxmayaraq ki, bu film bioqrafikdir, lakin burada reallığa uyğun olmayan məqamlar var : filmdə Silviya dul qadın olarkən Barri ilə rastlaşır, halbuki əslində Barri bu ailə ilə Silviyanın həyat yoldaşı Artturun ölümündən 10 il əvvəl tanış olmuşdu.

Piter Penin ədəbiyyatdakı tarixinə nəzər saldıqda görərik ki, bu obraz Barrinin "Tommi və Qrizel" (1900) əsərində də vardır. Bu əsər itkin düşən, lakin tapılacağından qorxan oğlanın həyatından bəhs edir. O böyümək istəmir, elə ona görədə evdən qaçır.

İki ildən sonra (1902) Piter Pen obrazı Ceyms Barrinin daha bir əsərində "Balaca ağ quşcığaz" da peyda olur. Əsərin qəhrəmanının sevdiyi qız başqası ilə ailə qurur. Qıza olan sevgisini o , onun oğluna yönəldir. Qızın oğlu ilə birlikdə Kenqsinqton parkında gəzişir və ona elflərdən, pərilərdən və Piter Pendən nağıllar danışır.[9]

Nobel mükafatı

  1. RKDartists (nid.).
  2. Ceyms Barri: 14 yaşlı qardaşımı kitablarda yaşatdım [1] [ölü keçid]
  3. "Marqeretin prototipi". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  4. "Ceyms Barrinin Ailəsi haqqında". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  5. Ceyms Barrinin 14 yaşlı qardaşı [2] [ölü keçid]
  6. "525 ci Qəzet - Teatr və Kino". 2017-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  7. ""Çipollino", yoxsa "Bremen musiqiçiləri və Pen"?". 2019-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.
  8. Musiqili Teatrda bir gündə 2 premyera [3] Arxivləşdirilib 2017-06-12 at the Wayback Machine
  9. "Ədəbi teleqraf". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-07.