Ceyms Cozef Silvester

Ceyms Cozef Silvester (ing. James Joseph Sylvester; 3 sentyabr 1814[4][5][…], London[2][3]15 mart 1897[5][6][…], London[2][3]) — Əslən yəhudi olan İngiltərə riyaziyyatçısıdır. Silvester ilk dəfə "Amerika riyaziyyat jurnalı"nın (1878-ci il, ABŞ-də ikinci idi) əsasını qoymuşdur.

Ceyms Silvester
Ceyms Cozef Silvester
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti riyaziyyatçı, Aktuari, universitet müəllimi[d], advokat[d]
Elmi dərəcəsi
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Silvester 1814-cü ildə İngiltərənin paytaxtı London şəhərində əslən yəhudi ailəsində anadan olmuşdur. 1831-ci ildə Təhsilini Kembric Universitetinin Sent-Con kollecində almışdır. 1837-ci ildə qəbul imtahanında ikinci yer tutur. Lakin bakalavr dərəcəsini ala bilmir. Ona görə ki, bu dərəcəni almaq üçün kilsəsinin doktrinaları ilə razılaşmalı idi. Silvester isə bundan imtina etmişdir[7].

1841-ci ildə İrlandiyanın paytaxtı Dublin şəhərinin Triniti kollecində bakalavr dərəcəsini alır. Burada yəhudi və katoliklərə oxumağa icazə verilirdi. Həmin ildə Silvester ABŞ-yə köçür ki, Virciniya Universitetində professor olsun. Noyabr ayında 1843-cü ildə buranı bitirir. Bir müddət keçdikdən sonra İngiltərəyə qayıdır. 1877-ci ildə Silvester yenə də ABŞ-yə köçür ki, Con Hopkinsin Baltimordakı Universitetində ilk professor olsun. Onun əmək haqqısı 5000 dolları ötmüşdür və o tələb edirdi ki, onu qızılla əmək haqqı versinlər. 1880-ci ildə "Kopli" medalına layiq görülmüşdür. 1883-cü ildə yenidən İngiltərəyə qayıdır ki, Oksfort Universitetində "Həndəsə" kafedrasının rəhbəri olsun. Ömrünün axırına qədər burada rəhbərlik edir. Halbuki onun üçün 1893-cü ildə köməkçi təyin etmişlər. Ceyms Silvester 1897-ci ildə Oksfortda vəfat edir.

Silvester elmə "Diskriminant" anlayışını gətirmişdir. Onun şərəfinə 1901-ci ildə İngiltərə Kral Cəmiyyyəti tərəfindən riyaziyyatda görkəmli işlərə görə verilən tunc medal "Silvester medalı" adlandırılmışdır. Onun elmi işləri İngilis, Fransız, İtalyan, Yunan, Latın dillərinə tərcümə edilmişdir.

Aldığı Mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • "Kopli" medalı
  • "De Morqan" medalı
  1. 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
  2. 1 2 3 4 Сильвестр Джеймс Джозеф // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  3. 1 2 3 4 www.accademiadellescienze.it (it.).
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  6. James Joseph Sylvester // Brockhauz Ensiklopediyası (alm.).
  7. Collette, Jean-Paul (1993). "El nacimiento del álgebra moderna". En Siglo XXI de España Editores. Historia de las matemáticas. Traducido por Alfonso Casal Piga. ISBN 84–323-0526-X, ISBN 978-84-323-0526-9.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]