Ceyms Edvard Franko (19 aprel 1978[1][2][…], Palo-Alto[d], Kaliforniya) — amerikalı aktyor və rejissor. Sem Reyminin rejissorluğu ilə çəkilmiş "Hörümçək-adam" film trilogiyasında canlandırdığı Harri Ozborn personajı ilə məşhurlaşıb. O, "The Disaster Artist" filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Ceyms Franko | |
---|---|
ing. James Franco | |
| |
Doğum adı | James Edward Franco |
Doğum tarixi | 19 aprel 1978[1][2][…] (46 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, televiziya aktyoru, kino aktyoru, kinorejissor, film prodüseri, dramaturq, yazıçı, şair, montajçı[d], ssenarist, müəllim, televiziya aparıcısı |
Fəaliyyət illəri | 1997-ci ildən |
Təhsili |
|
IMDb | ID0290556 |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyms Franko 19 aprel 1978-ci ildə Kaliforniyanın Palo-Alto bölgəsində dünyaya gəlmişdir.[3][4] Atası isveç və portuqal mənşəli, anası isə Rusiya yəhudisidir.[5][6] O, Palo-Altoda Tom və Devid adlı iki qardaşı ilə birlikdə böyümüşdür. 1996-cı ildə Palo-Alto liseyindən məzun olduqdan sonra o, Kaliforniya Dövlət İncəsənət Yay Məktəbinə daxil olmuşdur. 1999-cu ildə da kino və televiziya dünyasına ilk addımını "Freaks and Geeks" serialıyla atmışdır.[7]
Televizya serialından sonra, Franko, bir romantik komediyada, "Whatever It Takes"də rol aldı. Bunun ardından isə Mark Rydell'ın rejissorludğu ilə çəkilən "Ceyms Dean" adlı tv filmin də Ceyms Deanin həqiqətən çox yaxşı bir şəkildə oynamış və mükafatlar almışdır. Bunun sonrasında isə, ən böyük müvəffəqiyyəti, "Hörümçək-Adam" filmindəki Harri Ozborn rolu ilə oldu.